192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Avropa Mərkəzi Bankı İlham Əliyevin Maltadakı bankının lisenziyasını ləğv edib
2018-11-14 16:10:53

2018-ci il oktyabrın 23-dən Ermənistanın İctimai Radiosunda rus dilində yayımlanan “Azərbaycan bir həftə ərzində” proqramında Azərbaycanda həftə ərzində baş verən ən mühüm və maraqlı hadisələr müzakirə olunur. Proqram aparıcıları Anjela Elibegova və Armine Adibekyandır.

Proqram çərçivəsində Avropa Mərkəzi Bankı tərəfindən Maltanın Pilatus Bankının lisenziyasını ləğv etmə məsələsi müzakirə olundu. Qeyd edək ki, Pilatus Bankı son illərdə korrupsiya qlmaqalların mərkəzindədir və bütün bu Azərbaycan hakimiyyətləri, xüsusilə də prezident İlham Əliyev, onun ailəsi və onlara yaxın oliqarxlarla bağlıdır. Bu şəxslərdən biri də Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovdur.

Qeyd olunur ki, Mossack Fonseca adlı lobbistik qrup vasitəsilə Əliyevin və ailəyə yaxın şəxslərin pulları yuyulmuşdu. Bütün bunlar haqqında Panama sənədlərindən məlum olub.

Hekayə 2015-ci ildə başladı. O vaxt Süddeutsche Zeitung qəzeti tərəfindən “Pana sənədləri” yayılmışdı. Sənədlərdən məlum olmuşdu ki, Mossack Fonseca ofşor şirkətlərinin vasitələri ilə Əliyev ailəsinin və Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun pullarını legallaşdırıb gizlətməyə çalışmışdı.

Diqqətəlayiqdir ki, bütün bu şirkətlər Əliyev ailəsinin yaxın dostu, milyoner, İran əsilli Azərbaycan vətəndaşı Manuçexr Axadpur Xanxagın adı ilə açılmışdı. O Əliyevlər ailəsinin yaxın dostudur və Kəmaləddin Heydərovun oğulları ilə işləyirdi. Onlar bu şəkildə öz pullarını gizlətmək istəyirdilər.

Həmçinin Maltalı jurnalist Daphne Caruana Galizia Pilatus Bankı bir sıra cinayətlərdə, o cümlədən Malta və Azərbaycanın aparıcı fiqurlarına şübhəli ödənişlərdə ittiham edirdi. Lakin bundan sonra avtomobilinə qoyulmuş bombanın partlaması nəticəsində jurnalist öldürülmüşdü. Bu hadisədən sonra beynəlxalq təşkilatlar bu işlə məşğul olub bir sıra detallar aşkar etmişdi.

Nəticədə, Pilatus Bankı İlham Əliyev və Kəmaləddin Heydərov ailəsinin maliyyə fırıldaqçılıqlarının qurbanı oldu. Bu bankın sədri Ali Sadr Hashemi Nejad isə, ABŞ-da çirkli pulyuma ittihamları üzrə həbs olunmuşdu. Pilatus Bankının aktivlərini dondurulmuşdur və İlham Əliyev hazırda bu pullardan istifadə edə bilmir.