192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Əmanətçilər Prezident Administrasiyasının qarşısında
2019-03-15 14:17:52

Azadlıq Radiosu yazır ki, lisenziyası ləğv edilmiş «Bank Standard» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 30-a yaxın əmanətçisi martın 14-də Prezident Administrasiyasının binası qarşısına toplaşıb.

Şikayətçilər əllərində əmanətlərinin qaytarılması istəyinə aid plakatlar, keçmiş prezident Heydər Əliyev və hazırkı dövlət başçısı İlham Əliyevin fotolarını tutublar.

Polis plakatların yığışdırılmasını tələb edib, vətəndaşlar dağıdılmayıb, etirazçılar media orqanlarına müsahibə veriblər.

Şikayətçilər Əmanətlərin Sığortalanması Fondu (ƏSF) və Maliyyə Bazarlarına Nəzarət Palatasından şikayət ediblər, müraciətlərinə formal cavablar aldıqlarını söyləyiblər.

Bank müştəriləri deyiblər ki, Fond sığortalanmış pulların bir hissəsini qaytarıb, amma qalan sığortalanmamış hissə ödənilməyib.

Həmin gün «Royalbank» Açıq Səhmdar Cəmiyyətinin (ASC) əmanətçiləri də Prezident Administrasiyası qarşısına toplaşıblar. Onlar da öz pullarını tələb ediblər. Əmanətçilər bildiriblər ki, əgər ölkə daxilində məhkəmələr vasitəsilə haqların bərpa edə bilməsələr, Avropa İnsan Haqları Məhkəməsinə üz tutacaqlar.

Bəzi müştərilərinin sözlərinə görə, hətta övladının xaricdə təhsil ödənişi ilə bağlı banka qoyduqları əmanəti belə geri ala bilmirlər: «Məhkəmələr əmanətlərimizin sığortalanmadığını bəhanə gətirərək müsbət qərar verməkdən imtina edirlər».