192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
“Bağramyan” poliqonunda erməni-rus qoşun birliklərinin iştirakı ilə batalyonun genişmiqyaslı taktiki hərbi təlimləri başlamışdır
2019-04-05 10:20:01

ER SQ və RF SQ qoşun birliklərinin komandanı, general-mayor Tiqran Parvanyanın rəhbərliyi ilə aprelin 1-dən ER MN “Bağramyan” poliqonunda erməni-rus birlik qüvvələrinin iştirakı ilə geniş miqyaslı taktiki təlimlərə başlandı.Təlimdə məqsəd, birgə əməliyyatlar zamanı şəxsi heyətin hazırlığını yoxlamaq üçün müxtəlif vahidlər birləşmələri tərəfindən birgə tədbirlərin əlaqələndirilməsidir.Döyüş təlimləri çərçivəsində aprelin 3-də «Bağramyan” poliqonunda mitinq və sıravi yoxlanış keçirilib.Hərbi təlimlərin iştirakçılarını salamlayaraq Tiqran Parvanyan onların döyüş hazırlığı və cəlb olunan qoşun bölmələrinin, xidmətləri və texniki vasitələri mənimsəmək səviyyəsiylə maraqlanıb. ER SQ və RF SQ Silahlı Qüvvələrinin birləşmiş birlikləri komandanı növbəti birgə təlimlərin nəticələrinin qənaətbəxş olacağına və təklif olunan bütün döyüş-atəş məsələlərinin effektiv və yüksək səviyyədə həyata keçiriləcəyinə əminliyini bildirmişdir. Təlimlərin özünə xaslığı ondan ibarətdir ki, senari əvvəlcədən təşkil olunmayıb və hərbçilərə vəziyyətin inkişafı ilə bağlı təlimatlar veriləcək. Təlimlər aprelin 12-ə kimi davam edəcəkdir.