192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Milli Şura aprelin 20-nə mitinq təyin edib
2019-04-05 11:50:02

Milli Şuranın aprelin 6-da mitinq keçirmək qərarına Bakı Şəhər İcra Hakimiyyəti mənfi cavab verdikdən sonra yenidən aprelin 20-də mitinq keçirmək barədə qərar qəbul edilib.

"Mitinqin tələbləri dəyişdirilməyib. Milli Şura siyasi məhbuslara azadlıq, korrupsiya yolu ilə ölkədən oğurlanmış, xalqdan talan edilmiş vəsaitlərin geri qaytarılması, hazırda əhalinin böyük ehtiyac duyduğu uşaq pullarının verilməsi və digər tələblər irəli sürür", bu barədə Milli Şuradan Turan-a bildiriblər.

Milli Şuranın yanvarın 19-da keçirdiyi izdihamlı mitinqdən sonra Bakı meriyası indiyədək hər hansı aksiyanın keçirilməsinə razılıq verməyib.

Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının fevralın 23-də və martın 2-də, aprelin 6-da, Müsavat Partiyasının martın 10-da və aprelin 7-də keçirmək istədiyi aksiyalara razılıq verməyib.