192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Almaniyanın Bundestaqı ER-Aİ hərtərəfli və genişləndirilmiş əməkdaşlıq sazişini təsdiqləyib
2019-04-05 10:58:50

Almaniyanın Bundestaqı aprelin 4-də Ermənistan Respublikasının Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş əməkdaşlıq sazişini təsdiqləyib.

Bu haqda ER Xarici İşlər Nazirliyinin tviter səhifəsində məlumat yayılıb.

Xatırladaq ki, saziş 2017-ci il noyabrın 24-də imzalanmışdı.

2018-ci il aprelin 11-də ER Parlamenti ER-Aİ arasında “hərtərəfli və genişləndirilmiş əməkdaşlıq haqqında” sazişi təsdiqləmişdi.

İndiyədək sazişi Estoniya, Latviya, Litva, Polşa, Bolqarıstan, Lüksemburq, Birləşmiş Krallıq, Rumıniya Parlamentinin Alt Palatası, Danimarka və Malta təsdiq ediblər.