192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Şen Yueyue:”Çin DQ münaqişəsinin sülhlə nizamlanması prosesini dəstəkləyir”
2019-04-05 10:50:02

Baş nazir Nikol Paşinyan Çin Xalq Respublikasının Xalq nümayəndələri Ümumçin Məclisinin Daimi Komitəsinin sədr müavini Şen-Yueyueni və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.ER Baş nazirinin iş heyətindən verilən məlumata görə həmsöhbətçilər Ermənistan və Çin arasında əməkdaşlığı gündəminə və inkişaf perspektivliyinə dair məsələləri müzakirə  edib.Nikol Paşinyan qeyd edib ki, Ermənistan yol tikintisi, enerji, yüksək texnologiya və kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsində çox maraqlıdır. Turizm sənayesinin inkişaf tempindən məmnunluq ifadə edərək, tərəflər birbaşa uçuşların qurulmasında təsiredici addımların olduqca vacib olduğunu vurğulamışlar.Konkret proqramlar və təşəbbüsslər həyata keçirmək kontekstində hökumət xüsusi proqramlar və ticari-iqtisadi əməkdaşlıq üzrə Ermənistan-Çin birgə komissiyası konfransının təçkil edilməsi və keçirilməsinin vacibliyini vurğulayıb. Şen Yueyui Çinin Ermənistanla münasibətlərin daha da inkişaf etdirilməsində, o cümlədən parlamentlərarası əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, Baş nazirin qeyd etdiyi istiqamətlər Çin üçün də maraqlıdır və bu təklifləri özü şəxsən Çinin müvafiq ali idarələrinə yetirəcəyini qeyd etdi.Tərəflər həmçinin Avrasiya İqtisadiyat İttifaqı çərçivəsində əməkdaşlığa toxundular. İkitərəfli iqtisadi əməkdaşlığı kontekstində Ermənistan və çinli iş adamları arasında əlaqələrin intensivləşdirilməsi imkanlarını müzakirə  etmişlər.Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan Şen Yueyue qeyd edib ki, Çin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dəstəyini davam edir və münaqişənin siyasi dialoq və regional təhlükəsizlik və sülh- sabitlik yolu ilə həllinə olduqca böyük əhəmiyyət verir.