192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Avropa Şurasının Nazirlər Komitəsi Ermənistan tərəfindən öhdəlikləri yerinə yetirmək barədə qərar qəbul edib
2019-04-05 12:50:59

Avropa Şurasının Nazirlər Komitəsi Ermənistanda monitorinq prosesləri çərçivəsində, Ermənistan  təərfindən təşkilatın qarşısında olan öhdəliklərini yerinə yetirməklə bağlı qərar qəbul edib. ER XİN-dən verilən məlumata görə, Ermənistan tərəfindən olan öhdəliklərin yerinə yetirilməsi monitorinqi “Ermənistanla əməkdaşlıq vəziyyətinin mütəmadi müşahidəsiylə” həyata keçiriləcək. Bu qərara görə, Nazirlər Komitəsi ölkədə demokratik dəyişikliklərin müsbət qiymətləndirilməsi olaraq Ermənistana siyasi mesaj göndərib.Müzakirələr zamanı üzv dövlətlər Ermənistan hökumətinin qanunun aliliyi, insan hüquqlarını və demokratiyanı möhkəmləndirməklə onu qorumaq istiqamətində atdığı addımları yüksək qiymətləndirdi.