192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
ER Baş naziri və Almaniyanın Konstitusiya Məhkəməsinin sədri hüquqi sahədə əməkdaşlıq məsələlərini müzakirə etdilər
2019-04-05 13:42:26

Son zamanlarda Ermənistan-Almaniya münasibətlərinə yeni təkan verildi və yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərləri və görüşləri bunun sübutudur. Bu haqda baş nazir Nikol Paşinyan bu gün Almaniya Konstitusiya Məhkəməsinin sədri Andreas Foskule ilə görüşdə bildirib.

Hökumətin ictimaiyyətlə əlaqələr üzrə şəbəsindən verilən məlumata görə, baş nazir hüquq sahəsində Almaniya-Ermənistan əməkdaşlığına toxunaraq qeyd edib ki, Ermənistanda baş verən siyasi dəyişikliklərin məqsədi hüquq və qanun aliliyinin qurulması və demokratiyanın institusiyonal gücləndirilməsidir.

Bu kontekstdə baş nazir məhkəmə-hüquq sahəsində islahatların və aparıcı beynəlxalq tərcübəsinin, o cümlədən Almaniya tərcübəsinin araşdırmasının əhəmiyyətini vurğulayıb.

Andreas Foskule Ermənistanda gedən proseslərə aktiv şəkildə təqib etdiklərini qeyd edərək dəstək verməyə hazır olduqlarlını vurğulayıb. O, ədliyyə sahəsində islahatların səmərəli həyata keçirilməsində Konstitusiya Məhkəmələrin vacibliyini də vurğulayıb.

Tərəflər ikitərəfli hüquqi əməkdaşlığın gələcək gücləndirməsinə dair məsələlərə toxunaraq, bu sahədə artıq mövcud olan qarşılıqlı səmərəli əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını qeyd etdilər. Tərəflər həmçinin parlament idarə etmə sistemi ilə bağlı fikir mübadiləsi aprıblar.