192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
İqtisadçılar daim açıqlamalarında açılan iş yerləri, işsizlik və yoxsulluq səviyyəsi ilə bağlı rəqəmlərə ciddi şübhə edirlər
2019-04-06 14:09:56

Azərbaycan Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,0 faiz artaraq 1523,8 min nəfər olub.

İqtisadçı Nemət Əliyev deyir ki, 30 min nəfər işçinin hesab-dəftərini də qoltuğuna verib işdən atıblar bayıra. İki ayda minlərlə insan daimi iş yerini itirib və daimi əmək haqqı almaq imkanlarından məhrum edilib.
 
“İş yerlərini itirənlərin hamısı da muzdla çalışanlar olub, yəni daimi əmək haqqı alırdılar".
 
İqtisadçı deyir ki, gerçək islahatların nəticəsi belə olmamalıdır, ola bilməz. Əgər görülən tədbirlər daimi iş yerlərinin itirilməsi və əhali gəlirlərinin azalması ilə müşayiət olunursa, bunu islahat kimi ictimai fikrə təqdim etmək absurddur.
 
Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu da həmişə açıqlamalarında bildirir ki, açıqlanan statistik məlumatlar dövlət rəsmilərinin daim yeni iş yerlərinin yaranması barədə dediklərini, bir sözlə, işsizliklə bağlı açıqlamalarını inkar edir:
 
“Bu azalma 2018-ci ildə Azərbaycanda 118 min daimi iş yerlərinin yaradılması ilə bağlı açıqlamaların əsassız olduğunu bir daha təsdiq edir. İqtisadi göstəricilər arasında asılılığa görə, yeni iş yerlərin açılması əhalinin gəlirlərinin artımını təmin etməlidir. Çünki iş yerlərində ödənilən əmək haqları əhalinin başlıca gəlir mənbəyidir, bu halda, iş yerləri artıqca, əhalinin nominal gəlirləri də artmalıdır”.
 
Rəsmi sənədlərdə və dövlət məmurlarının çıxışlarında daim ölkədə yeni iş yerlərinin yaradıldığı, işsizlərin sayının hər il aşağı düşdüyü bildirilir.
 
İqtisadçılar daim açıqlamalarında açılan iş yerləri, işsizlik və yoxsulluq səviyyəsi ilə bağlı rəqəmlərə ciddi şübhə edirlər. Deyirlər ki, açılan müəssisələr haqqında statistika verilsə də, bağlanan müəssisələr ilə əlaqədar rəqəmlər açıqlanmır.