192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Bəşir Süleymanlı: “Qonşu ölkədən geri qaldıq“
2019-04-08 13:37:18

Bu il Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq sazişinin imzalanması gözlənilir. Azərbaycan xarici işlər naziri E. Məmmədyarov bu günlərdə bəyan edib ki, sazişin 90 faizi razılaşdırılıb. Amma Azərbaycandan fərqli olaraq Ermənistan oxşar sazişi, hələ iki il əvvəl imzalayıb.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Brüssellə Bakı arasında sazişin gecikməsində çoxlu səbəblər görür. Amma o ehtimal edir ki, bunda əsas səbəb insan haqları ilə bağlı hökumətin üzərinə öhdəlik götürməməsidır:

“Azərbaycanın islahatları gecikdirməsi dövlətçilik maraqlarının əleyhinə işləyir”

“Düzdür, bizdə ciddi məlumat yoxdur. Amma diplomatik mənbələrdən aldığımız məlumat əsasında qiymətləndirə bilərik ki, burada vətəndaş cəmiyyəti, siyasi məhbuslar və insan haqları ilə bağlı rəsmi Bakının üzərinə öhdəlik götürməməsinin rolu var. Danışıqlar prosesi də daha çox bunun üzərində uzandı. Bakı sazişi gecikdirdi, Ermənistan isə bu sənədi imzalayıb. Təəssüf ki, biz istəməyərəkdən qonşu ölkədən geri qaldıq.”