192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Avropa təşkilatı: “Bütün siyasi məhbuslar azad edilməlidir”
2019-04-08 14:59:33

5 aprel 2019-cu il tarixində Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu İcra Komitəsi Azərbaycanda hüququn mövcud vəziyyətinə dair bəyanat verib. Novruz ərəfəsində 51 siyasi məhbusun azad edilməsinə dair geniş yayılmış bəyanata baxmayaraq, hakimiyyət orqanları konstitusiya hüquqlarına, xüsusilə də sərbəst toplaşmaq azadlığına hörmət göstərmək üçün daha çox iş görməli və həbsdə qalan daha 70 nəfərə amnistiya tətbiq etməlidirlər.

Bundan əlavə, biz hüquq-mühafizə orqanları tərəfindən dəfələrlə təkrarlanan təzyiqlərin şahidi oluruq. Belə ki, azad olunanların əksəriyyəti indi müxtəlif təhdidlərə və digər repressiyalara məruz qalır. Müxalifətin bir çox üzvləri “30 gün müddətinə saxlanılır “. Həbslər zamanı isə işgəncə və pis rəftar barədə bir çox məlumatlar mövcuddur. Bu praktikaya son verilməli və “Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olaraq” qanunun aliliyini bərpa etməlidir deyə İcra Komitəsi xəbərdar edir .

Azərbaycan Vəkillər Kollegiyası (AVK ) qanunun aliliyi üçün ciddi maneədir. Xüsusilə də məhkəmədə siyasi səbəblərdən ittiham olunanları müdafiə etmək istəyən vəkillərinin kollegiyadan uzaqlaşdırılması buna sübutdur. Hüquqi şəxslər üzərindəki bu monopoliya nəinki ölkədə ədalətə çıxışa əngəl olur,eyni zamanda da Azərbaycanın Qafqazda ən azsaylı hüquqşunasa sahib bir ölkəyə çevrilməsinə gətirib çıxarır. İcra Komitəsi AVK üçün yeganə çıxış yolunun “ hakimiyyət asılılığının aradan qaldırılması” olduğunu iddia edir.