192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Kristof Puarel: “Azərbaycanda vəkillərin sayı Avropada olduğundan 15 dəfə azdır”
2018-11-17 12:52:22

Noyabrın 15-16-da Bakıda "Hüquqşünasların rolu və müstəqilliyi: müqayisəli perspektivlər" beynəlxalq konfransı keçirilir. Tədbiri Avropa Şurası təşkil edib.

Avropa Şurası İnsan Hüquqları Direktorluğunun rəhbəri Kristof Puarel konfransı açarkən deyib ki, tədbir Avropa İnsan Hüquqları Konvensiyasının və Strasburq məhkəməsi presedent hüququnun Azərbaycanda tətbiqinə yönəlib.

Müstəqil hüquqşünaslar ədalət mühakiməsi sistemi və geniş ictimaiyyət arasında vasitəçi kimi əsas rol oynayırlar. Onlar ədalət mühakiməsinin insanlar üçün işləməsi üçün məsuliyyət daşıyırlar. Onlar yalnız o halda işləyə bilər ki, xüsusi statusa və müdafiəyə, zəruri kvalifikasiyaya malik olsunlar.

Bununla bağlı bir çox ölkələrdə, o cümlədən Azərbaycanda çox iş görülməlidir. Vəkillərin fəaliyyətinə məhdudiyyətlər, hələ təzyiqləri, təhdidləri, onların işinə müdaxiləni demirik, ciddi narahatlıq doğurur və Avropa Şurası ölkəsində bunların yeri ola bilməz, Puarel qeyd edib.

Avropa İnsan Hüquqları Konvensiyası və Avropa məhkəməsinin presedent praktikası hüquqşünasların xüsusi rolunu tanıyır. 2000-ci ildə Nazirlər Komitəsi vəkil peşəsinin azadlıq standartlarını müəyyən edib ki, üzv dövlərlər tərəfindən bunlara əməl olunmalıdır.

"Avropa Şurasının işi standartların müəyyən olunması ilə məhdudlaşmamalıdır. Biz hər gün üzv ölkələrdə bizim standartların tətbiqi üzərində işləyirik və Azərbaycan ististna deyil.

Vəkillikdə miqyaslı islahatları nəzərə alsaq, Azərbaycan Vəkillər Assosiasiyasının bir sıra ciddi problemləri var. Biz bu məsələlər, həmçinin hüquqşünasların müstəqilliyi və kvalifikasiyası kimi məsələlər üzrə açıq dialoq aparırıq", - o vurğulayıb.

"Azərbaycanda həlli tələb olunan əsas uzunmüddətli problemlərdən biri odur ki, ölkədə əhali üzrə adambaşına düşən vəkillərin nisbəti ən aşağıdır: 100 000 əhaliyə 10 nəfər düşür. Bu, Avropa üzrə orta göstəricidən (100 000 nəfərə 147) 15 dəfə azdır", - o bildirib.

Azərbaycanda çox iş görülməlidir. Milli qanunvericilik və praktika Avropa standartlarına və qabaqcıl praktikaya uyğunlaşdırılmalıdır.

Avropa Şurası bütün aspektlər: hüquqşünasların və vəkillər assosiasiyalarının müstəqilliyi, peşə sərbəstliyi, dövlətin müdaxilə etməməsi, keyfiyyətli tədris üzrə milli standartlarn artırılması üçün sizin səylərinizi dəstəkləməyə hazırdır", - K.Puarel vurğulayıb.