192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
“Bu dəqiqə Azərbaycanı system olaraq korrupsiya idarə edir“
2018-11-17 12:19:58

Necə olur ki, Azərbaycanda bəzi məmurlar işdən çıxandan sonra mediada onların və ya ailə üzvlərinin qanunsuz biznesi, xaricdə böyük məbləğdə pul xərcləməsi kimi məlumatlar üzə çıxır?

Keçmiş deputat Nazim Bəydəmirlinin sözlərinə görə, belə sahibkarlıq rəqabət mühitini yavaşıdır, biznesi inkişaf etdirməyə imkan vermir. Nazim Bəydəmirli deyir ki, məmurlar bunu çox vaxt ailə üzvlərinin, qohumlarının adından edirlər deyə, faktlaşdırmaq olmur.

“Bir çox hallarda bu vəsaitlər xarici ölkələrə çıxarılır, xarici ölkələrin iqtisadiyyatına vergi şəklində xeyir verilir”.

Hüquqşünas Aslan İsmayılov deyir ki, Azərbaycanda məmur sahibkarlığı elə idarəetmənin təməlidir, məmur olmayan heç kim böyük bizneslə məşğul ola bilməz. Onun sözlərinə görə, məmurların hakimiyyətdə olduğu dövrdə yox, işdən çıxarılandan sonra korrupsiyada ittiham edilməsi təsadüfi deyil.

“Bu dəqiqə Azərbaycanı system olaraq korrupsiya idarə edir. Korrupsiyaya bulaşmamış heç kəs idarəçilikdə yoxdur və ola da bilməz. Ona görə ki, hər kəs gözü kölgəli olmalıdır, hamı korrupsiyaya bulaşmış olmalıdır ki, sabah kimlərsə də hakimiyyət haqqında tənqidi fikir söyləməsin. Heç bir müstəqil adam isə sahibkarlıqla məşğul ola bilməz”.

Sahibkar Nazim Bəydəmirli isə deyir ki, məmur sahibkarlığının qarşısını almaq üçün əmlaka vergi qoyulmalıdır:

“Bu zaman məlum olar ki, hansısa məmurun qohumunun adına neçə dənə şadlıq evi, neçə restoranı var. Məmur sahibkarlığı korrupsiyanın bir növü sayılır”.

Hakimiyyət rəsmiləri isə bəyanatlarında korrupsiya ilə uğurla mübarizə apardıqlarını deyirlər. Tənqidçilər bildirirlər ki, korrupsiya ilə səmimi mübarizə o olardı ki, yüksək çinli məmurlar cəzalandırılardı, həbs olunardı.

İndiyə qədər olan jurnalist araşdırmaları prezident İlham Əliyevin özünün də ailə üzvlərinin bizneslə məşğul olduqlarını üzə çıxarıb, bu araşdırmaların çoxu təkzib olunmayıb.

Məsələn, sonuncu- bu ilin aprelində çıxan - Dafne layihəsinin araşdırmasında deyilir ki, Dubayda - Cumeyra Palm süni adasında - bir gecəsi 400 funt sterlinqə olan Sofitel otelinin sahibi prezident İlham Əliyevin qızlarıdır.

Ümumilikdə, Azərbaycanın beynəlxalq korrupsiya reytinqi də aşağıdır, “Beynəlxalq Şəffaflıq” təşkilatının hesabatına görə, 180 ölkə arasında 122-ci yerdədir.

Mənbə AzadlıqRadiosu.