192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanın bəzi kəndlərində əhali odun sobalarından istifadə edir
2018-11-17 13:14:43

«Yeni Müsavat» qəzetində «Əhalinin qazla təminatı axsayır- «Azəriqaz» isə «Hər şey yaxşıdır» deyir» sərlövhəli yazı dərc edilib.

Yazıda bildirilir ki, havalar soyuyan kimi Sumqayıtda, Xirdalanda, Bakıətrafı qəsəbələrdə qazın verilməsində problemlər yaşanır, kənd rayonlarında isə əhali odun yandırır: «Artıq bir neçə gündür sosial şəbəkələrdə qazın təzyiqinin aşağı olması ilə bağlı müzakirələr başlanıb. Müzakirələrdən aydın olur ki, Sumqayıt və Xırdalan şəhərləri, Sumqayıt və Bakı ətrafındakı yaşayış məntəqələrindən narazılıq daha çoxdur».

«Azəriqaz» İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbəlayev isə «Yeni Müsavat»a deyib: «Deyirsiniz, sosial şəbəkələrdə müzakirələr, narazılıqlar var. Orada narazılıq edən şəxslər müraciət etsinlər Birliyin qaynar xəttinə, qeydiyyatdan keçsinlər, bizim əməkdaşlarımız gedib yerində yoxlasınlar vəziyyəti. Sosial şəbəkədə yazmaqdansa, bu addımları atsınlar və əgər qaz təchizatında problem varsa, onun aradan qaldırılmasına çalışsınlar...».

Müəllif yazıb ki, artıq 3 ildir Azərbaycan Türkiyə və Gürcüstana qaz ixracına dair müqavilələrini vaxtında icra etməkdən ötrü əlavə qaz həcmlərinə ehtiyac duyur. Yazıda vurğulandığına görə, bu ilin əvvəlindən etibarən Gürcüstan bütünlüklə Azərbaycan qazı ilə təmin olunur: «Əhali bilməlidir ki, soyuq havalarda pulunu ödədiyi halda niyə keyfiyyətli qaz təchizatı əldə edə bilmir? Bölgələrdən edilən şikayətlərdə isə bildirilir ki, əhali əksər kənd və qəsəbələrdə (hansı ki onlar sənəddə qazlaşdırılıb - R) odun sobalarından istifadə edirlər».