192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda elə böyük şəhərlər var ki, orada kitab mağazaları yoxdur
2018-11-17 14:00:40

“Düşünürəm ki, Azərbaycanda da hələ xeyli kitab mağazalarının açılamasına ehtiyac var”.

Bunu Moderator.az-a açıqlamasında “Qanun” nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlu bildirib.

Ş.Xuduoğlu deyib ki, kitabla bağlı layihələrin təşkil edilməsinə ehtiyac var:

“Hər iki-üç min adama bir kitab mağazası düşməlidir. Avropa ölkələrinin şəhərlərində əsasən bu cür ölçü götürülür. Düşünürəm ki, Azərbaycanda hələ xeyli sayda kitab mağazalarının açılamasına ehtiyac var. Kitab mağazalarının yerləşməsi düzgün təşkil olunmalıdır. Məsələn, Bakının mərkəzində kitab mağazaları açılır, amma şəhərdən qıraqda bu cür mağazalar yoxdur. Bizim elə böyük şəhərlərimiz var ki, orada da kitab mağazaları yoxdur”.

Ş.Xuduoğlu kitab alıcılarının sayının artdığını da qeyd edib:

“Kitab alıcılarının sayı qənaətbəxş olmasa da, artım var. Xüsusi qeyd etmək istəyirəm ki, yazıçı Kamal Abdulla bu istiqamətdə tarixi əhəmiyyəti olan bir addım atdı. O, tələbələrə tapşırıq verdi ki, aldığınız kitabın qəbzini universitetə təqdim etməklə kitaba verdiyiniz pulu geri ala bilərsiniz. Əgər təhsil ocaqları bu addımı təkrarlayarsa, onda əlbəttə ki, kitab satışında xeyli dönüş yaranmış olar. Əvvəlki illərə nisbətən kitab satışı, kitab oxuyanların, kitabla bağlı tədbirlərin sayı artıb. Amma təhsil ocaqları buna gərək xüsusi önəm versin. Məktəblər və kolleclər açılır, amma onların kitabxanaları demək olar ki, yox səviyyəsindədir. Tələbələrin vasitəsi ilə onlar gərək öz kitabxanalarını zənginləşdirsinlər”.