192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Cəlilabadda sakinlər kartof rüsumlarına görə ayağa qalxdı
2019-04-09 13:44:12

Cəlilabad rayonunun Muğan kəndində yerli əhali etiraz aksiyası keçirib. Bu barədə kənd sakini Zakir Ağayev məlumat verib. Onun sözlərinə görə, aksiyanın keçirilməsinə səbəb kəndlilərin əkib-becərdiyi kartofun satışına yaradılan əngəldir: ”Kəndlilərin dediyinə görə hər 20 tonluq yük maşınına 20 min manat gömrük rüsumu tətbiq olunur. Yerli sakinlər haqlı olaraq bu haqsız rüsum tətbiqinə etiraza qalxıblar”. Hadisə yerinə Cəlilabad rayon icra başçısı Namiq Zeynalov da gəlib. Lakin başçının verdiyi təklif yerli əhalini qane etməyib və razılaşmayıblar.

Xatırladaq ki, son həftələr Azərbaycanda kartof, soğan və kələm kəskin bahalaşıb, daxili bazarda 1 manatdan 2 manata qədər bahalaşma baş verib. Bununla bağlı Nazirlər Kabineti daxili bazarı qorumaq üçün ixrac rüsumlarını müvəqqəti qaldırıb. Belə ki, aprlein 30-na kimi kartofun hər ixrac kiloqramına 1 dollar, mayın 31-nə kimi soğan və kələmin hər ixrac kiloqramına isə 2 dollar rüsum tətbiq edilib.