192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
İnsan Hüquqları üzrə Komissarı AŞ-nın hər hansı bir ərazisini ziyarət edə bilməlidir: D. Miyatoviç R. Rubinyanın sualını cavablandırdı
2019-04-09 13:44:37

Avropa Şurasının insan Hüquqları üzrə Komissarının işi siyasiləşdirilməməlidir, o bütün ərazilərə gedə bilməlidir. Bu haqda AŞPA-da AŞ-nın İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç ER parlamentinin AŞPA-dakı nümayəndə heyətinin sədri, ER parlamentinin Xarici Əlaqələr üzrə daimi Komitəsinin rəhbəri Ruben Rubinyanın sualına cavab verirkən bildirib.

“Nə düşünürsünüz, Avropa Şurası münaqişə zonalarında yaşayan insanların hüquqlarının müdafiəsini təmin edə bilərmi? Bu sual artıq uzun illərdir ki, gündəmdədir, lakin görünən nəticələr yoxdur. Nə düşünürsünüz, bu, proseslə yardım edə bilərmi?”,-deyə Ruben Rubinyan sual verdi.

Dunya Miyatoviçin sözlərinə görə, konflikt zonasında yaşayan insanlara da bu təşkilatın bir hissəsi kimi baxmalıdırlar.

“Bu mövzuda mənim baxışım çox aydındır. İnsan hüquqları üzrə komissarı AŞ-nın hər bir ərazisini ziyarət edə bilməlidir. Mən insan hüquqları sahəsində fəaliyyət göstərmək üçün bütün bu sahələrə giriş əldə etməyə çalışıram. Qeyd olunmalıdır ki, komissarın işi ərziləri tanımaq və ya münaqişənin həllinə dair siyasi dialoqa girmək deyil, Avropa Şurası ailəsinin üzvü olan insanlara çata bilməkdir.

Əminəm ki, onlar özlərini unudulmuş hiss edirlər. Elə düşünürlər ki, heç kim onlara qayğı vermir. Nə etməliyiq? Mən bunu çıxışımda qeyd etmişəm. Mən bunu yalnız edə bilmirəm, mənim sizə ehtiyacımız var. Mənə hökumətlərin dəstəyi lazımdır ki, bu ərazilərə çata bilsəm”,-deyə Miyatoviç vurğuladı.