192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
ABŞ-ın Ermənistandakı səfiri fəaliyyətin prioritetlərini təqdim edib
2019-04-09 13:47:34

Amerika Birləşmiş Ştatların Ermənistan Respublikasındakı səfirliyi  video hazırlayıb və səfir  Lin Treysinin Ermənistandakı fəaliyyətin prioritetlərini təqdim edib.

Lin Treysi ümid bildirib ki, Ermənistanda  yaxşı zamanlar olacaq. “2018-ci ilin aprelindən  burada çox şey deyişib.  Bizim iki  ölkəmizi  ümumi   demokratik  dəyərlər birləşdirir. Vəzifəm müddətdə  Ermənistanın demokratik  islahatlarının gündəliyini dəstəkləməyə hazıram”- deyə səfir qeyd edib.

 Onun sözlərincə, coğrafi cəhətdən əlverişli mövqe Ermənistanın kənd təsərrüfatının inkişafı üçün bütün şərait yaratmışdır.

Lin Treysi vurğulayır ki,  Ermənistanın texnoloji  sahəsində parlaq gələcək gözlənilir. Onun sözlərincə,  çox erməni gənclər bu sahədə yaradıcılıq bacarıqları əldə edərək, qlobal İT bazarında Ermənistanın rəqabətli olmasına təşviq edir. “Mən  məmnuniyyətlə səfirliyin səylərini informasiya texnologiyaları sahəsində Ermənistan ilə biznes və ticarət  əlaqələrin inkişafına yönəltməyə davam edəcəyəm”- deyə səfir Treys vurğulayıb.

Səfir əlavə edib ki, hər ölkə üçün öz  təhlükəsizliyi ən vacib  amildir. “Bu məsələyə dair  Ermənistanla  möhkəm  əlaqələrimiz var. ABŞ-ın Kanzas ştatıyla əməkdaşlığın proqramı bunun canlı sübutudur.  Mən Əfqanıstan və Kosovonun sülhməramlı missiyalarına Ermənistanın cəlb edilməsini və  NATO və Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığı yüksək qiymətləndirirəm. Müasir dünyada sülhün təmin edilməsi və münaqişələrin həlli üçün hər cür səy göstərməliyik"- deyə Lin Treysi deyib.

O, həm də mədəni əlaqələri  mühüm sayıb,  vurğulayaraq ki, Səfirin Mədəni Dəyərlərin Qorunma Fondu vasitəsilə Ermənistanın əsrlər boyu mədəni irsinin qorunmasını dəstəkləyir.