192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda əhalinin təbii artımı 33 faiz azalıb
2019-04-09 15:05:21

10 milyonuncu sakin bir il əvvəl də dünyaya gələ bilərdi, əgər son illərdə əhalinin nisbi artım göstəricisi pisləşməsəydi. Bu göstəricini bir az yaxşılaşdırmaq mümkün olsaydı, bu hadisə 2014-cü ildə də baş verə bilərdi. Lakin son illərdə bu göstəricini nəinki yaxşılaşdırmaq, nəinki qoruyub saxlamaq, heç onun pisləşməsinin də qarşısını almaq mümkün olmayıb. Bu səbəbdən 10 milyonuncu sakinin dünyaya gəlişi xeyli ləngiyib.

10 milyonuncu sakinin dünyaya gəlişini hazırkı siyasətin təntənəsi kimi ictimai fikrə təlqin etməyə çalışanların nəzərinə çatdırıram ki, əhalinin illik say artımı göstəricisi 2011-2018-ci illər ərzində 124 min nəfərdən 83 min nəfərə düşüb. Əhalinin təbii artım göstəricisi bu dövrdə 33 faizdən çox pisləşib. Doğulanların sayında 21 faiz azalma, ölənlərin sayında isə 6,5% artma qeydə alınıb. Bu dövrdə dağılan ailələr 38 faiz çoxalıb. Bağlanan nikahların sayında əmələ gələn 29 faiz azalma demoqrafik problemləri daha miqyaslı edib.

Ölkənin demoqrafik göstəricilərinin bu dərəcədə pisləşməsində mövcud sosial-iqtisadi problemlərin rolunun kifayət qədər böyük olması şübhəsizdir. Bu və digər səbəblərdən əhalinin artım tempi son 7 ildə 1,4 faizdən 0,8 faizə düşüb.