192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
İctimai təşkilat səfirlikləri Bayram Məmmədovun işinə müdaxilə etməyə çağırır
2019-04-09 15:13:22

Ermənistan İctimai Radiosu "Turan"  informasiya agentliyinə istinadən xəbər verir ki, "Demokratik Azərbaycanı Seç" (DAS) ictimai təşkilatı ölkənin hüquq-mühafizə orqanlarına, dünyanın bir sıra aparıcı dövlətlərinin Bakıdakı səfirliklərinə inzibati cəza çəkən Bayram Məmmədovla bağlı müraciət ünvanlayıb.

Müəlliflər Novruz bayramı ərəfsəində azadlığa çıxmış Bayram Məmmədovun və Qiyas İbrahimovun fiziki həyatının və sağlamlığının sual altında olması ilə bağlı narahatlıqlarını ifafə edirlər.

"Belə ki, azad edildikdən on üç gün sonra inzibati qaydada həbs edilmiş Bayram Məmmədovun hər gün işgəncə aldığı və eyni zamanda baş gicəllənməsi olduğu, o cümlədən qusması barəsində məlumatlar eşidilməkdədir", müəlliflər belə deyirlər.

Müraciətdə deyilir ki, Daxili İşlər Nazirliyinin saxalama məntəqəsində nələr baş verməsilə bağlı, təəssüf ki, ictimaiyyətə heç bir məlumat verilmir, amma B.Məmmədov öz vəkilinə yazdığı müraciətdə işgəncələr barədə bildirib.

Müəlliflər digər keçmiş siyasi məhbus Qiyas İbrahimovun aprelin 3-də Bakı şəhər Baş Polis İdarsinə çağırılmasını, "prezidentin fanatları tərəfindən ona hər an hücum ola bilməsi və polislərin onu qoruya bilməyəcəkləri" xəbərdarlığı almasını, Elgiz Qəhrəmanın sərnişin olduğu avtomobilin saxlanılmasını və orada narkotik axtarılmasını Azərbaycanda siyasi repressiyaların davam etməsi kimi dəyərləndirirlər.

"Baş verən hadisələrin ictimai və siyasi təhlili göstərir ki, siyasi hakimiyyət rejimi qorumaq üçün mövqe göstərənləri və tənqidi fikir söyləyənləri susdurmaq üçün hətta həmin insanların fiziki məhvini belə həyata keçirməyi düşünür", müəlliflər belə qənaət ifadə edirlər.

Müraciətdə vurğulanır ki, Bayram Məmmədov və Qiyas İbrahimovun həyatı ilə bağlı ölkənin hüquq-mühafizə orqanlarının rəhbərləri birbaşa cavabdehlik daşıyırlar.

Bayram Məmmədovun dərhal azad edilməsi və xəstəxanaya yerləşdirilməsi tələb edilir;

Yerli və beynəlxalq təşkilatlara Azərbaycan hökumətindən Bayram Məmmədovun azad olunmasını tələb etmək təklifi səslənir;

Bayram Məmmədova işgəncə verənlərin qanun qarşısında cəzalandırılması tələb edilir.

Xatırladaq ki, B.Məmmədov və Qiyas İbrahimov 2016-cı il mayın 10-da saxlanılıblar. Rəsmi olaraq külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunublar. Məhkəmə prosesində hər iki siyasi fəal narkotik ittihamını rədd ediblər, Heydər Əlyevin heykəli üzərinə "Qul bayramınız mübarək" şüarı yazdıqlarına görə həbs olunduqlarını bildiriblər. Hər ikisi 2019-cu il martın 16-da əfv olunaraq azadlığa çıxıblar. Azadlığa çıxdıqdan cəmi 13 gün sonra B.Məmmədov Sabunçu Rayon Məhkəməsinin qərarı ilə polisin qanuni əmrinə tabe olmamaqda ittiham edilib və 30 sutka inzibati cəza verilib. Binəqədi təcridxanasına salınıb. Aprelin 2-də Bakı Apellyasiya Məhkəməsində B.Məmmədovun şikayətinə baxılıb, təmin olunmayıb. B.Məmmədov isə hakimə təcridxanada işgəncəyə məruz qalması haqda danışıb. Daha sonra təcridxanadan çıxan məhbuslar B.Məmmədovda başgicəllənmə, qusma kimi hallar olması barədə bildiriblər.