192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Human Rights House Foundation Mehman Hüseynovun Azərbaycandan çıxışına qadağanın aradan qaldırılmasına çağırır
2019-04-09 17:06:00

 Human Rights House Foundation beynəlxalq hüquq-müdafiə şəbəkəsi Azərbaycan hakimiyyətini bloger Mehman Hüseynovun ölkədən çıxışına qadağanın götürülməsinə çağırıb.

Təşkilat 9 aprel tarixli bəyanatında xatırladır ki, qadağa 2012-ci ildə qoyulub, lakin M.Hüseynov həbs cəzasını çəkib və bu yaxınlarda yeni pasport alıb.

"Ancaq ondan istifadəyə ilk cəhd zamanı məlum oldu ki, qadağa əvvəlkitək qüvvədədir.

M.Hüseynovun jurnalist və hüquq müdafiəçisi kimi qanuni fəaliyyəti, o cümlədən beynəlxalq forumlara səfəri Azərbaycan cəmiyyəti üçün vacibdir. Biz bir daha hakimiyyətdən onun hüquqlarının bərpasını və səfərə qadağanın aradan qaldırılmasını xahiş edirik", - bəyanatda deyilir.