192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Həmsədr ölkələri gərginliyin azadılmasına yönəlmiş addımlar atmalıdır
2019-04-09 17:27:19

Son 10 gün ərzində Azərbaycandan səsləndirilmiş  bəyanatlar daha kəskin xarakteri daşımağa başlanıb. Bu barədə Artsax Prezidenti Bako Sahakyanın məsləhətçisi Tiqran Abrahamyan  öz feysbuk səhifəsində yazıb.

Hərbi əməliyyatlar barədə  xəbərdarlıq bəyanatlar  əməliyyatların başlanması və ya onun hazırlıq mərhələsi barədə təhdidlərə çevrilib.

Prezident aparatı, Xarici işlər nazirliyi, Müdafiə ali idarəçiliyi, köhnə və yeni "ekspert" dairələrindən  mümkün  müharibənin yenidən başlanması barədə rəsmi bəyanatlar var.

“Gələcək həftələrdə  Qarabağda yeni müharibə başlanacaq”, “Qarabağda  yeni müharibə mümkündür”, “Gələcək zamanlarda Qarabağda yeni müharibə ola bilər”: bu son günlərdə Azərbaycan mətbuatında tapılacaq başlıqların  tam siyahısıdır.

Azərbaycanda hərbi əməliyyatlar və ya onun təhdidləri üçün informasiya hazırlığı mərhələsidir.

Sanki Azərbaycanda vasitəçilik ölkələrinin xalqlara sülhün hazırlanmasına dair bəyanatları daha az ciddi qəbul edilir və tərs prosesə keçib.

Həmsədr ölkələr gərginliyin azadılmasına yönəlmiş  addımlar atmalıdır, əks halda informasiya sahəsindəki gərginlik  çox tez  sərhədə  keçəcək”- deyə Abrahamyan deyib.