192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda daha bir sayt bloklanıb
2019-04-10 12:13:48

Aprelin 9-dan arqument.az media saytına giriş bloklanıb. Saytın redaktoru Şəmşad Ağa Turan-a bildirib ki, saytın domeni Almaniyadadır. O, dos-hücuma məruz qalıb, sonra isə Azərbaycan ərazisində bloklanıb.

Saytın bloklanması ilə bağlı arqument.az redaksiyasına rəsmi və ya qeyri-rəsmi xəbərdarlıq daxil olmayıb.

Şəmşad Ağa bloklanmanın kartof və soğana yüksək ixrac rüsumunun tətbiqi ilə əlaqədar Cəlilabad rayonunda fermerlərin etiraz aksiyası haqda materialların dərci ilə bağlı olmasından şübhələnir.

Bu aksiya barədə informasiyanın bütün hökumətyönlü saytlardan çıxarılması bu versiyanın doğru olması ehtimalı yaradır.

Qanunvericiliyə görə, qanuna zidd informasiyanın bloklanması Rabitə Nazirliyi tərəfindən və informasiyanın çıxarılmasının vacibliyi barədə redaksiyaya xəbər verildikdən sonra edilə bilər. Tərəflərin sonrakı hərəkətlərinə isə məhkəmədə baxıla bilər.

Saytın tamamilə bloklanması yalnız məhkəmə qərarı ilə mümkündür və sübutların olduğu halda: dövlət sirrinin yayılması, dözümsüzlüyün müxtəlif formalarının təbliği, düşmənçiliyin qızışdırılması və s.

Xatırladaq ki, 2018-ci il avqustun 8-də Səbayel Rayon Məhkəməsi Rabitə Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin məhkəməyə müraciəti əsasında arqument.az saytının bloklanması barədə qərar qəbul etmişdi. Qərara görə, "Laçınlılar İcra Hakimiyyəti başçısından narazı olduqlarını bildiriblər" və "Rayon sakinləri: İcra Hakimiyyətinin başçısı və Qorxmaz Hüseynov ("Azərsu" ASC-nin rəhbri) Lerikdə qarşıdurma yaradırlar" yazılarında qanun pozuntusu müəyyən edilmişdi.

Redaksiya məhkəmə qərarının əsassız olduğunu bildirərək və apellyasiya vermişdi. İki gündən sonra Apellyasiya Məhkəməsi bloklanma haqda qərarı ləğv etmişdi.