192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
ER Baş naziri və Çexiya Müdafiə naziri əməkdaşlıq məsələlərini müzakirə ediblər
2019-04-10 11:25:16

ER Baş naziri Nikol Paşinyan Çexiya Respublikasının Müdafiə və Silahlı qüvvələr naziri Lyubomir Metnarı qəbul edib. Ermənistan Respublikası Baş nazirinin iş heyətindən verilən məlumata görə, Baş nazir Ermənistan və Çexiyanın müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində effektiv əməkdaşlıq etdiyini və iki ölkə arasında münasibətlərin inkişaf üçün böyük potensiala malik olduğunu qeyd edib. Lyubomir Metnar qeyd edib ki, Ermənistan Cənubi Qafqazda Çexiyanın mühüm tərəfdaşıdır və ölkəsi ikitərəfli münasibətlərin, müdafiə, ticarət, iqtisadi, yüksək texnologiyalar və qarşılıqlı maraq doğuran digər sahələrin daha da inkişaf etdirilməsində maraqlıdır. Həmsöhbətçilər müdafiə sahəsində erməni-çex qarşılıqlı işgüzarlığa dair məsələləri müzakirə etmişlər.Bu kontekstdə hər iki tərəf də regionda sülh və sabitlik məsələsini olduqca mühüm hesab etmişlər.Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Çexiyanın balanslı mövqeyi üçün minnətdarlığını ifadə edərək, Ermənistanın münaqişənin yalnız ATƏT-in Minsk qrupunun həmsədrləri formatında sülh yolu ilə həllini gördüyünü bildirib. Öz növbəsində, Lyubomir Metnar, Çexiyanın münaqişənin sülh yolu ilə həllini və regionda sabitliyin təmin olunmasına yönəlmiş səylərini dəstəklədiyini bəyan edib.