192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Sizi son adama qədər məhv etməliyik: Marağa Soyqırımı şahidin ifadəsiylə
2019-04-10 14:01:42

Azərbaycan Silahlı qüvvələri və OMON-un bölmələri tərəfindən 27 il öncə DQR-nın Martakert rayonunun Marağa  kəndində  yerinə yetirilmiş  bəşəriyyətin tarixində ən dəhşətli və qeyri-insani cinayətlərindən birini  təqdim etməyə davam edirik.

Qırğından  xilas olunmuş  şəxslərin  ifadələri  Marağada soyqırım olduğunu  şübhə altında qoymur. Cəzasız  qalan və  qınanmamış soyqırımdır.

Marağada doğulmuş və  yaşamış Karine Poğosyan və öz ailəsi bu qeyri-insani cinayəti və qəddarlığı hiss edib. Bu dəhşətli gündə Karine öz iki körqə uşaqları, qayınatası və qoşunlarıyla əsir tutulmuşdur və müxtəlif istiqamətlərə götürülmüşdür. “O zaman oğlumun 3 yaşı, qızımın təxminən 1,5  yaşı var idi. Əlimdən aldılar.  Uşaqları götürdükdən sonra dəli kimi qışqırdım. Bizi kənddən piyada sürükləyərək götürəndə, öz gözüylə küçədə  işgəncəyə məruz qalmış və kesilmiş cəsədləri gördüm. Kəndimizin xalqı idi, hətta tanıyırdım. Gördüm ki, bir neçə insan ölmüşdür....

Əgər hətta kimsə qaçmağa cəhd edirdisə, baltalarla vurub, başlarını qırdılar. Onların silahları var idi. Əllərdə balta,  çəkic, bir tərəfdə də  balta kimi hər hansı zodlu bir şey idi. Onunla amansızcasına insanlara vururdular. Kənddə səs-küy, qışqırma idi...

Onlar dedilər: “Sizi  son insana qədər məhv etməliyik...”

Karine  çox yaxşı xatırlayır ki, öz kəndli Valyanı amansızcasına öldürülmüş və yerə düşmüş görmüşdür. O, həm də Valyanın ərini, qızını qan dənizində  görmüşdür. “Bir az yuxarıda darvazanın yanında bir insan kəsilərək öldürülmüşdür, kim olduğunu bilmirdim, qan izləri darvazanın üzərində idi. O anda  ağırımı hiss  etmirdim, beynim belkə  işləmirdi. Yalnız  düşünürdüm ki, öldürəcək, yalnız tez öldürsün, ki heç bir şey hiss etməməm. Hətta  belə oldu ki,  silahı almaq və özümə vurmaq istəyirdim, düşünərək ki, belə  belkə hər şey bitəcəyəm”- deyə o, göz yaşlarını boğaraq, deyib.

“Bizimlə  nəinki  blindajımızdan (kəndlilər tərəfindən tikilmiş  yeraltı sığınacaq), həm də kəndin müxtəlif  hissələrindən kəndimizdən əsir götürülmüş çox insan  olmuşdur. Yolda qayınatanı və bir yaşlı qadını necə götürdüklərini gördüm. Həmin gecə və ertəsi gün hamını bir yerdə saxladılar. Silah  davamlı istiqamətimizdə idi və bizi kəsilərək öldürməklə qorxutdular...

Sonrakı gün  dedilər ki, onların qurban olunmuş oğlanlarının dəfni olacaq və hamımızı oraya gətirərək, onların  qəbirlərində öldürəcək. Məni və kəndimizdən bir  gəlini getirmədilər. Ya da yalnız oğlanları gətirdi, xatırlamıram”- deyə o xatırlayır.

Karine və onun oğlu mübadilə etdilər, qızı isə  tapa bilmirdi. Mübadilədən sonra  qızın məlumatları və  şəklini veriblər və bir yarım  aydan sonra aydın olmuşldur ki, uşaq  kimsəsiz uşaqlar evindədir. Sonra  müxtəlif çətinliklərlə 1 il və 7 ay sonra sübüt edilmişdir ki, kimsəsiz uşaqlar evindəki uşaq gerçəkdən Karinenin qızıdır. Onun 3 yaşı olaraq, 1993-cü ilin oktyabrın 23-də  mübadilə eddilər.

Karine Poğosyan özüylə olan insanları sonra görməyib. “Ya gerçəkdən  qəbiristana gətirib öldürdülar, ya silahla vurdular, ya da  nə etdiklərini bilmirəm. Orada həm qadın, həm uşaq, həm də gənc oğlanlar var idi”.

Karine Marağada  qırğınlar nəticəsində  öz bacını Zarine Poğosyanı itmişdir.  Poğosyanların anası qırğınlardan xilas edilmiş Sveta Poğosyan deyir ki,  aprelin 17-də  öz əri Zarinenin və öz uşaqlarının mübadiləsinə gedib. Gəri dönərkən, onlar mina üzərində dayanaraq, yaralanıb. Onları Martakert xəstəxanasına aparıblar. Zarine ağır əməliyyat keçirib, onun  sol ayağının bir hissəsi kəsiblər, amma qarında olan ağır yaranın səbəbiylə ölüb. Sveta xanım Zarinenin çox işgəncəyə məruz qaldığını deyir: "Bütün döş siqaretlə yandırıb, boynunda bıçaqla iki deçik ediblər. Sırğalarının harada olduğunu soruşdum, dedi ki, qulaqcığı cırılaraq alıblar”- deyə o,  gözyaşlarıyla xatırlayır.

Karine və Sveta Poğosyanlarla müsahibə “Adi soyqırım. Marağa. 10 aprel 1992” filminin  çəkilişi zamanı yerinə yetirilib.  Mövzuyla bağlı  faktlar, şahid ifadələri və digər məlumatlar  Maragha.org və Karabakhrecords.info saytlarında tapa bilərsiniz.