192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
AŞPA-nın Monitorinq və Hüquq komitələri Azərbaycanda siyasi məhbus problemi ilə bağlı dinləmələr təşkil edib
2019-04-10 15:27:59

Aprelin 9-da Strasburqda AŞPA-nın yaz sessiyası çərçivəsində AŞPA-nın Monitorinq və Hüquq komitələri Azərbaycanda siyasi məhbus problemi ilə bağlı dinləmələr təşkil edib. Tədbiri açan Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri və Azərbaycanda siyasi məhbus məsələləri üzrə məruzəçi Torhildur Varsdottir (İslandiya) deyib ki, martda onlarla siyasi məhbusun azadlığa çıxmasına səbəb olan əvf fərmanından sonra bu problem həllini tapmayıb. Bu günə qədər hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı 70-ə yaxın insan həbsdədir.

Bundan başqa, bu yaxınlarda azad edilən şəxslərin bəziləri yenidən və yenə siyasi motivlərlə həbs edilib, gənc fəal Bayram Məmmədov kimi, deyə Varsdottir qeyd edib.

Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Ştefan Şennak (Avstriya) qeyd edib ki, Azərbaycanda siyasi məhbuslara qarşı çox vaxt narkotik və vergi ödənişindən yayınma ittihamlarından istifadə olunur. O, rəsmi Bakının ölkədə siyasi məhbus probleminin olmaması barədə iddialarını qəbul etməyib. "Azərbaycan Avropa Şurasına daxil olarkən üzərinə müəyyən öhdəliklər götürüb və biz bu çərçivədə bu məsələ ilə məşğul oluruq", deyə o qeyd edib.

Hüquq müdafiəçisi Leyla Yunus çıxışında qeyd edib ki, 2013-cü ilin yanvarında AŞPA üzvləri Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında məruzəsinin əleyhinə səs veriblər. "Bununla da onlar Azərbaycanda daha dəhşətli repressiyalara yaşıl işıq yandırıblar. Hamımızı həbs etdilər, bunun nəticəsi olaraq bu gün ölkədə faktiki olaraq vətəndaş cəmiyyəti, müstəqil QHT və KİV yoxdur", deyə o qeyd edib.

REAL Partiyasının sədri İlqar Məmmədov müzakirələrdə skayp vasitəsilə iştirak edib. O, məhkəmə qərarı olmasına baxmayaraq, hakimiyyətin ona pasport vermədiyini, buna görə Strasburqa gələ bilmədiyini bildirib.

"AŞPA üzvlərinə üz tutaraq qeyd etmək istəyirəm ki, hakimiyyətin Azərbaycanda islahatlar haqqında heç bir təminatına inanmasınlar. Siyasi məhbuslar yaradılması mexanizmi dəyişməyib və burada nəyisə dəyişmək üçün siyasi iradə yoxdur", deyə o qeyd edib.

Ölkənin Avropa Şurasına üzv olduğu müddət ərzində insan hüquqları və demokratiya sahəsində vəziyyət durmadan pisləşib. Təəssüf ki, AŞPA qurumları Azərbaycanda siyasi məhbuslar yaranmasının qarşısını almaq üçün heç nə etməyib. "Cəzasızlıq atmosferi hakimiyyətə belə şeylər etməyə imkan verir", deyən Məmmədov Avropa Şurasını Azərbaycana qarşı münasibətinə yenidən baxmağa çağırıb.

Nümunə kimi o, rəsmi Bakının Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına məhəl qoymamasını göstərib. Eyni zamanda, Avropa Şurasının treninqlər verdiyi hakimlər sonradan siyasi məhbuslara hökmlər çıxarır.

Hüquq müdafiəçisi Rəsul Cəfərov öz çıxışında hakimiyyətin hüquq müdafiəçilərinin siyasi məhbuslar məsələsini qaldırmaqla Azərbaycanı biabır etməsi və onun imicinə xələl gətirməsi barədə ittihamlarını təkzib edib. "Biz ölkəmizi sevirik və məhz buna görə siyasi məhbuslar problemini həll etməyi tələb edirik", deyən Cəfərov Azərbaycan hakimiyyətini bütün siyasi məhbusları azad etməyə çağırıb.