192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Törədilmiş cinayətlərə bugünədək müvafiq hüquqi qiymətləndirmə verilmədi və cəzasız qaldı: Artsax Ombudsmanı Marağa qırğınlarının 27-ci il dönümü haqqında
2019-04-10 15:00:16

Artsax Respublikasının Ombudsmanı Marağa qırğınlarının 27-ci il dönümü münasibətilə bəyanat yayıb.

Aprelin 10-da kəndi atəşə tutmağa başladılar, sonra Azərbaycan qoşunları Marağaya girdilər. Əhalinin əsas bir qismi kəndi buraxmışdı, getməyənlər isə, Azərbaycan silahlı qüvvələrinin qurbanı oldular. Erməni qüvvələri kəndi azad etdikdən sonra, erməni əsilli sakinlərinin bir çox məyitlər tapmışlar.

Müxtəlif məlumatlara görə, Marağada 57-dən çox mülki sakin öldürüldü, 9 uşaq və 29 qadın olmaqla 60-dan çox nəfər girov götürüldü.

Böyük Britaniyanın Lordlar Palastasının sabiq spikerinin müavini baronessa Karolina Kox Marağada baş verənləri belə təqdim edir. “Görüdüklərimiz təsvir olunmazdır. Kənd tamamilə məhv edilmişdi. İnsanlar ölənləri dəfn edirdilər. Ölənlərin bir qismini əvvəlki gündə defn etmişdilər. Çəkilişlər üçün onları çıxartdıq. Ermənilər üçün nə qədər ağır olduğunu anlayırdıq. O günlərdə Marağada çəkilmişlər törədilmiş qorxunc qırğınların sübutudur: başı kəsilmiş cəsədlər, uşaq meyitləri, meyit hissələri və qanlı torpaq. Biz qanlı kərəntiləri gördük. Onlarla bu soyqırımı törətmişdilər. Sakinləri öldürdükdən sonra azərbaycanlılar kəndi talan edib yandırmışdılar.

Sumqayıtda, Bakıda, Kirovabadda, Marağada eləcə də Azərbaycan-Qarabağ müharibəsi boyunca Azərbaycan tərəfindən erməniləri etnik təmizləmə siyasəti bizim araşdırmamıza görə, BMT 1948-ci il “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyası ilə müəyyən olunmuş soyqırım cinayətinin hüquqi forülünə uyğun gəlir. Bundan başqa, araşdırmalarımız göstərir ki, yüz minlərlə Azərbaycan ermənilərinin deportasiyasından başqa, onların əmlak, azad hərəkət etmə və digər hüquqları davamlı şəkildə pozulmuşdu və bir çoxu hələ də bu siyasətin fiziki, psixoloji və maddi nəticələrini daşıyır.

Törədilmiş cinayətə bugünədək müvafiq hüquqi qiymətləndirmə verilmədi və faktiki olaraq cəzasız qaldı. Bunun nəticəsi isə, indi Azərbaycan Respublikası tərəfindən ermənilərə qarşı nifrətin yaradılmasına yönəlmiş dövlət siyasətinin sürdürməsidir. Yalnız Azərbaycan erməniləri və Artsax Respublikasının əhalisi deyil, erməni millətinin bütün nümayəndələri və Artsaxa gedən xaricilər bunun qurbanına çəvirilirlər. Xatırladaq ki, Azərbaycanın anti-erməni siyasətinə dair Artsax Respublikası Ombudsmanı 2018-ci ildə xüsusi hesabat yayaraq bunun konkret nümunələrini təqdim etmişdir.

Ermənilərə qarşı Azərbaycan cəmiyyətində köklənmiş nifrət 2016-cı il aprel ayında Artsaxa qarşı Azərbaycanın geniş miqyaslı hücumu ərzində də qeyd olundu və ombudsman öz fakt toplama fəaliyyəti çərçivəsində 2016-cı ildə hərbçi şəxslərin öldürülməsi, baş kəsməsi, işgəncələr, hüquq pozuntular və müharbə cinayətləri ilə bağlı xüsusi hesabat təqdim etdi. Qeyd olunmalıdır ki, bu cür cinayətlər törətmiş azərbaycanlı hərbçilər sonra Azərbaycan hakimiyyəti tərəfindən mükafatlandırıldı və təşviq edilmişdir.

Ombudsman beynəlxalq ictimaiyyəti 1992-ci il aprelində Marağada bəşəriyyətə qarşı törədilmiş cinayətlərə və hərbi cinayətlərə beynəlxalq hüququnun əsas prinsiplərinə və normlarına müvafiq olaraq hüquqi qiymətləndirmə verməyə və hazırda Azərbaycanda davam edən anti-erməni siyasətin dayandırılması istiqamətində tədbirlər görməyə çağırır. İrqçi nifrətin bu yolu beynəlxalq hüquqlarının məşhur prinsiplərinə ziddir və iki xalqı münaqişənin həllindən və sülhdən daha da uzaqlaşdırır.