192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Müharibənin “Azərbaycan metodları”. Marağa qırğınlarının şahidləri anlatır
2019-04-10 16:01:32

Marağa Artsaxın ən böyük və ən zəngin kəndlərindən biri idi. 1989-cu ilin məlumatlarına görə, kənddə təxminən 5000 erməni yaşayırdı. Kenddə bir neçə zavod fəaliyyət göstərirdi.

Bakı, Sumqayıt və Kirovabadın qırğınları vətəndaşlarına təsir göstərərək, kəndini tərk etməyə məcbur etdi. 1922-ci ilin aprelin 10-da Azərbaycanın Müdafiə Naziriliyi, Daxili İşlər Nazirliyi və OMON gücləri Marağanı tərk edə bilməyən 118 sakinə qarşı hücum etdi.

5-6 saat ərzində Azərbaycan bölmələri 50 nəfərini öldürərək, qadınlar, uşaqlar, yaşlılarıdaxil olmaqla təxminən bu qədər sakinləri də girov götürüblər.

Bu məlumatlar həmçinin Human Rights Watch beynəlxalq insan haqları təşkilatı tərəfindən də təsdiqlənir.

Qırğınlardan xilas edənlərin əksəriyyəti indi xaricdə yaşayır, başqaları isə Yeni Marağada yaşayırlar. Ordan onların kəndi görünür. Artsax azadlıq müharibəsi ilə bağlı marağalıların xatirələri, təəssüf ki, qohmlarını qəddar öldürmə şəkillərlə dolğundur.

Tsovinar Grigoryan və Elmira Martiorsyan Marağa qırğınlarından xilas olunublar.

Tsovinar Grigoryan Marağadan 2 km üzaqlığındakı Marguşavan kəndində yaşayırdı. Həyat yoldaşı özünü müdafiə etmə bölmələrində könüllü idi. Aprelin 10-da həyat yoldaşının artıq müdafiə edə bilmədiklərini bildirdikdən sonra, xilas etmək üçün qohumları ilə Marguşavandan Mağavuza  qədər piyada yürüyüblər.

“İlk olaraq Marağaya girdilər. Marguşavandan  sakinlərin bir qismi çıxa bildi, lakin kənddə qalanları hamısı öldürülüb”- deyə Tsovinar xatırlayır.

 Onlar kəndin azadlıqdan sonra aprelin 11-də döndülər. Tsovinar gördüyünü anlatır.

“Ölənlərin arasında sinif yoldaşım Antaramın qardaşı Ararat vardı. Aprelin 10-da tankın arxasından bağlayaraq, bütün küçələrdə sürümüşlər.  Anasını və digər qardaşını girov götürdülər. Yolda anasının dişləri çəkdilər, döyüblər. Sonra isə Antaram bacısı ilə birkə girov götürülüb. 

Onları  4-5 il sonra mübadilə etdilər. Qardaşı sərhədi keçərək xilas oluna bilib. Qirovluqdan sonra Antaramı görmədim. Mübadilədən sonra Rusiyaya getdilər. Antaramın qardaşın həyat yoladşı ilə danışdım. Deyib ki,  işgəncələrə məruz qaldı. Onu döydülər, ac qoydular, təcəvüz etdilər. Mübadilədən sonra Antaram yaşamaq istəməyib.”- deyə acıyla Tsovinar xatırlayır.

Onun həyat yoldaşı sonuna qədər Marağanın özünü  müdafiə etmə bütün fəaliyyətlərində iştirak edib və iyun ayında döyüşlər ərzində həyatını itirdi.

Elmira Sahakyan xatirələrində də Marağa silinməz bir iz buraxdı. Artsax azadlıq müharibəsi ərzində  həyat yoldaşını və oğlanlarını itirib. Elmira tibb bacısı idi və Leninavanın poliklinikasında işləyirdi. Aprelin 10-da xəstəxana evləri kimi idi. Hər yerdə yaralılara kömək etdi, birinci mərtəbə  isə sığınacaq kimi xidmət etmişdir.

Azərbaycanlıların kəndə girdiyini görərək, Elmira uşaqlarını alaraq kənddən qaçıb. O vaxt azərbaycanlılar onların istiqamətinə mayınlar atdılar, mina qəlpəsindən biri onu yaraladı. Aprelin 11-də kəndin azad olunmasından sonra onlar kəndə qayıdıb. “Küçələrdə qan axırdı. Bir laped gördüm, içində öldürülən insanlar... İnanılmaz vəhşiyətlə insanları öldürüblər.  Həttə bir insanı kənd mərkəzinə götürblər, boyunu kəsərək asdılar. Qarabağda marağalılar kimi heç kim əziyyət çəkməyib. Yaşlıları yandılar. Qadınlar, qızlar işgəncələrə mərzu qalıblar. Bir qızının bədəni siqarətlə tamamilə yandırıblar, izləri qaldı. Və bütün bunlar onların erməni olduğu üçün idi”- deyə indi Yeni Marağada yaşayan Elmiռa xatırlayır.