192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda müxalifət liderləri həbs olundu
2018-11-19 10:45:51

17 noyabr Milli Dirçəliş günündə Şəhidlər Xiyabanını ziyarət etmək istəyən müxalifətçilərin saxlanıldığı bildirilir.

Məlumata görə, quruma üzv olan siyasi birliklərin yüzlərlə üzvü noyabrın 17-də ziyarət üçün Şəhidlər Xiyabanının qarşısına toplaşıb. Ancaq əraziyə nəzarət edən hüquq mühafizə qurumları əməkdaşları onları xiyabana buraxmayıb.

Daha sonra ərziyə əlavə polis qüvvələrinin çağırıldığı, onlarla müxalifətçinin saxlanıldığı bildirilir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası fəalı Ruslan Qurbanlı da saxlanılanlar arasındadır. Onun bildirməsinə görə, 50-dən artıq müxalifətçi zorla avtobuslara doldurularaq Səbail rayon Polis İdarəsinə aparılıb. Saxlanılanlar arasında AXCP səderi Əli Kərimlinin, Milli Şuranın sədri Cəmil Həsənlinin də olduğu bildirilir.

Saat 23:00-a yaxın DQMŞ sədri Cəmil Həsənli Səbayel Rayon Polis İdarəsindən buraxılıb.

O, Turan-ın müxbirinə bildirib ki, o və AXCP sədri Əli Kərimli polisdə onlara təklif olunan izahatnaməni yazmayıblar. "Biz onlara dedik ki, vəkillərimiz olmadan heç bir şey yazmayacağıq", -C.Həsənli qeyd edib.

Onun sözlərinə görə, əvvəlcə Ə.Kərimli ilə eyni otaqda olub. Sonra Ə.Kərimlini başqa otağa aparıblar.

AXCP sədri Əli Kərimlidən başqa 7 nəfər hələ də Səbail Rayon Polis İdarəsində saxlanılır. Bu barədə Meydan TV-yə Milli Şuranın üzvü Oqtay Gülalıyev deyib.

Oqtay Gülalıyev bildirib ki, saxlanılanlardan biri Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirovdur. İkisi jurnalistdir- Nurlan Libre və Fatimə Mövlamlı da saxlanılıb. Onlar Kanal 13 və “Azad söz”ü təmsil edirlər. Qalan digər 4 nəfər partiya üzvüdürlər - Ramiz Cəfərov, Ramid Nagiyev, Tahir Həsənli və Cavid İbrahimov.

AXCP-nin daha bir üzvü Ruslan Qurbanlı isə 1000 manat cərimə olunub.