192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda müxalifət liderlərinin həbsi dünya mediasında
2018-11-19 12:22:03

Dirçəliş Günü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət etmək istəyərkən Milli Şura və AXCP fəallarının, sədrləri Cəmil Həsənli və Əli Kərimli başda olmaqla, polis zorakılığına məruz qalması və həbs olunması dünya mediasında da dərhal işıqlandırılıb. Dünyanın ən böyük xəbər agentliklərindən olan “Associated Press”ə istinadən onlarla xarici media orqanı, o cümlədən ABŞ-ın Vaşinqton Post və Nyu York Tayms kimi nüfuzlu qəzetləri bu hadisəni xəbər edib.

Xəbərdə yazılır ki, Azərbaycan müxalifətinin liderləri – Milli Şura sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli tərəfdarları ilə birlikdə Milli Dirçəliş Günü münasibətilə Şəhidlər Xiyabanın ziyarət etməyə və şəhidlərin məzarı üstünə gül qoymağa gediblər. Şəhidlər Xiyabanı belə günlərdə adətən maneəsiz ziyarət olunur. Lakin bu dəfə ziyarətə gedənlərə polis imkan verməyib və onları həbs edib.

1990-cı illərdə ABŞ-ın Azərbaycanda səfiri kimi fəaliyyət göstərmiş nüfuzlu diplomat Riçard Kozlariç özünün feysbuk səhifəsində AXCP sədri Əli Kərimlinin həbsinə münasibət bildirib. Amerikalı diplomat bunu “iyrənc hadisə” adlandırıb:

“Əli Kərimlinin həbsi iyrənc hadisədir. Mən onu 20 ildir ki, tanıyıram. Heç bir şübhə yoxdur ki, o mövcud rejimə müxalifətdə olduğuna görə həbs edilib. Baş vermiş hadisə göstərir ki, Azərbaycan hakimiyyəti repressiya siyasətini dayandırmaq niyyətində deyil. Bu səhv siyasətdir və mən dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün yaxşı adamları bu barədə açıq danışmağa çağırıram”.