192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
AND bu hadisəni Azərbaycanın avtoritar rejiminin vandalizmi kimi dəyərləndirir.
2018-11-19 11:44:29

AXCP özünü sədri Əli Kərimlinin və bir neçə fəalının həbsi ilə bağlı bəyanat verib. Bəyanat partiyanın feysbuk səhifəsində paylaşılıb. Bəyanatda deyilir:

“Xalq Cəbhəsi Partiyası baş vermiş hadisəni Azərbaycanda sərbəst toplaşmaq kimi fundamental haqqa təcavüzün növbəti və daha eybəcər görsənişi kimi qiymətləndirir.

Azərbaycandakı avtoritar rejim üçün bu cür davranışlar adiləşmiş sayılsa da, AXCP, ölkənin müxalif qüvvələri, hələ də varlığını qoruyub saxlayan vətəndaş cəmiyyəti fəalları bu təqiblərin və inzibati zorakılıqların adiləşməsi ilə barışmaq fikrində deyil.

Heç bir qüvvə, heç bir repressiya və təqiblər onu bu mübarizədən yayındıra bilməz.

Xalq Cəbhəsi bəyan edir ki, partiyanın sədri Əli Kərimlinin və digər üzvlərinin həbsdə saxlanılması, onlara müxtəlif inzibati cəzaların verilməsi tamamilə qanunsuzdur. Bu zorakılıq aktının hakimiyyətin öz kadrlarının qeyri-adekvat əməllərindən, öz daxilində korrupsiya maraqlarının toqquşmasından diqqəti yayındırmaq, eləcə də ölkədə demokratik müxalifətin tamamilə sıradan çıxarılması məqsədilə törədilməsindən asılı olmayaraq, AXCP Azərbaycanda avtoritar rejimə qarşı prinsipal və ardıcıl mübarizəsindən bir addım da geri çəkilən deyil.

AXCP onun lideri Əli Kərimlinin və onunla birgə saxlanılanların dərhal azad edilməsini tələb edir”.

AND hərəkatı Azərbaycanda baş verənlərlə bağlı bəyanat verib. Bəyanatda deyilir:

“AND bu hadisəni Azərbaycanın avtoritar rejiminin vandalizmi kimi dəyərləndirir.

AND hesab edir ki, bu cür kobud və sivil olmayan davranışlar Azərbaycan dövlətinin pis obrazının möhkəmləndirilməsindən başqa heç nəyə xidmət etmir. Bütün bunları nəzərə alaraq, AND:

-Başda Əli Kərimli olaraq saxlanılanların hamısının qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edir ;

-AND Avropadakı fəal siyasi mühacirləri bu zorakılığa qarşı etiraz etməyə çağırır ;

-AND üzvləri üçün fövqəladə fəaliyyət mərhələsi elan edilir və AND-lıların yaşadıqları ölkələrdə və şəhərlərdə hansı xüsusi tədbirlər keçirəcəyi ilə bağlı rəhbərliklə məsləhətləşmələrin vacib olduğunu bildirir.

Azərbaycan Naminə Demokratiya hərəkatı Avropada «antidiktatura prosesi» başladır və bəyan edir ki, Azərbaycanda avtoritar rejimin ictimai xof və ümidsizlik yaratmaq üçün həyata keçridiyi bu cür kobud və qəddar əməliyyatlara qarşı siyasi mühacirətin xüsusi tədbirlər paketi işlənib həyata keçiriləcəkdir.

AND Avropanın müxtəlif ölkələrində yaşayan fəal siyasi mühacirləri Vətənimizdə avtoritar rejimin möhkəmləndirilməsinə qarşı birgə mübarizəyə dəvət edir.”