192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Apellyasiya Məhkəməsi Bayram Məmmədovu həbsdə saxlayıb
2019-04-11 13:39:19

Aprelin 10-da Bakı Apellyasiya Məhkəməsi 30 sutka həbs edilmiş gənc fəal Bayram Məmmədovun şikayətini təmin etməyib.

"Bilirəm ki, sizdən ədalətli qərar gözləməyə dəyməz, mən apellyasiya verdim ki, məhkəməyə gəlim və öz dostlarımı görüm", - fəal proses zamanı deyib.

Nə xahiş etməsilə bağlı sualın cavabında fəal deyib: "Mən xahiş etmirəm, ədalətsiz hökmün ləğvini tələb edirəm."

Öz növbəsində vəkil Elçin Sadıqov bildirib ki, təcridxanada Bayram Məmmədov işgəncələrə və təhqirlərə məruz qalıb.

Qısa məşvərətdən sonra hakim elan edib ki, 30 sutka həbs cəzası qüvvədə qalıb.

Bayram Məmmədov və Qiyas İbrahimov 2016-cı ildə Heydər Əliyevin abidəsini yazdıqdan sonra həbs olunmuşdular. Onlar narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 10 il azadlıqdan məhrum edilmişdilər. Amnesty International hüquq-müdafiə təşkilatı onları "vicdan məhbusu" kimi tanıyıb. Bu il martın 16-da əfv olunublar. B.Məmmədov azadlığa çıxdıqdan sonra KİV-də və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini kəskin tənqid edib.