192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Bakıda yataqxana yandı - Köçkünlər yolu bağlayıb ev tələb etdilər
2019-04-11 11:32:27

Bakının Nizami rayonu, Babək prospektində yerləşən və məcburi köçkünlərin yaşadığı yataqxana yanıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

“Yataqxanadakı yanğın zamanı bir nəfər 45 yaşlı kişi qorxudan özünü binadan atıb. Həmin şəxs xəstəxanaya aparılıb”.

Yanğın nəticəsində ölən olmayıb. 7 nəfərə tibbi yardım göstərilib. Onlardan 3-ü qadın, 3-ü kişi, 1-i uşaqdır.

Binada məskunlaşan köçkünlər jurnalistlərə Binanın istifadə müddətinin bitdiyini və dəfələrlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdiyini söyləsələr də, tədbir görülmədiyini deyiblər.

Köçkünlər yolu bağlayıb ev tələb etdilər.