192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Milli Şura ilə ReAl arasında münasibətlər gərginləşib
2019-04-11 14:52:46

Report.az yazır ki, Milli Şura (o cümlədən AXCP) ilə ReAl Partiyası arasında münasibətlər gərginləşib. Milli Şura təmsilçiləri iddia edirlər ki, ReAl funksionerləri Natiq CəfərliErkin Qədirli Brüsseldə Azərbaycan hökumətinin atdığı addımları dəstəkləyiblər. MŞ təmsilçiləri ReAl-çıları satqınlıqda ittiham ediblər.

ReAl Partiyası Məclisinin başqanı Azər Qasımlı “Report”a açıqlamasında təmsil etdiyi partiyaya qarşı ittihamların səsləndirilməsindən təəssüfləndiyini deyib.

Onun sözlərinə görə, ReAl-a qarşı çirkab atanlar bilməlidirlər ki, partiyanın mövqeyi əvvəldən necə idisə, indi də elədir:

“ReAl yeni qüvvədir, ona görə də müəyyən qısqanclıqlar var. Bu, müsbət hal deyil. Azərbaycan dəyişir, siyasətə yeni insanlar gəlir, onların düşüncələrini ifadə edən təşkilat ReAl-dır”.

Partiyanın İdarə Heyətinin üzvü Erkin Qədirli də ittihama münasibət bildirib: “ReAl-AXCP davası-filanı yoxdur. Son gedişatı belə görənlər yanılırlar. ReAl-ın AXCP ilə böləsi, ya da bu iki partiyanın bir-birindən alası nəyisə yoxdur. AXCP-nin bəlli bir elektoratı var. Bu elektorat heç zaman ReAl-a səs verməyəcək. ReAl-ın elektoratı hələ tam aydın deyil, formalaşmayıb, çünki ReAl bir partiya olaraq, seçkilərdə hələ iştirak etməyib. Gümanımız doğrudursa, ReAl-ın elektoratı da AXCP-yə səs verəsi deyil. Bu iki partiyanın birləşməsindən AXCP heç nə udmayacaq, ReAl isə yalnız itirəcək. Odur ki, burada söhbəti "dava", "qarşıdurma" "münaqişə" və s. anlayışların üzərində qurmaq doğru deyil. Problemin kökü daha dərindir, sistemdən qaynaqlansa da, qanacağa bağlıdır. ReAl-ı satqınlıqda suçlamaq qanacaqsızlıqdır”.