192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda müharibə sözləri əvəzinə sülh dilindən istifadə etməlidir: Tatevik Hayrapetyan AŞPA-da
2019-04-11 13:01:32

İndi  Azərbaycan və Artsax xalqlarının sülhə hazırlanması barədə  müxtəlif çağırışlar səsələndirilir, çünki  xalqlar  sülhə və qarşılqılı  anqarşılıqlı anlaşmaya hazır deyilsə,  heç  bir həll mümkün olmayacaq. Bu barədə Avropa Şurasının Parlament Assmableyasında  Ermənistanın nümayəndəliyinin, ER Parlamentinin “Mənim Addımım”  fraksiyasının  üzvü Tatevik Hayrapetyan “Nifrətə və dözümsüzlüyə qarşı  mübarizədə  siyasi liderlərin rolu və məsuliyyəti” məruzəsinin çərçivəsində  çıxışında  qeyd edib.

O, xüsusilə deyib: “Azərbaycan və Dağlıq Qarabağın uzunmüddətli qarşıdurmada olduğunu heç kimə sirr deyildir. Həqiqət odur ki, bu münaqişə Ermənistan, Dağlıq Qarabağ və Azərbaycandan çox adamın ölümünə səbəb olub. ER Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyan  “Qadınlar sülh naminə” adlı çox cəsur  təşəbbüslə çıxış edib. Təşəbbüsün  mənası  çox aydındır. Ana, bacı və həyat yoldaşı olaraq biz  münaqişənin bütün tərəflərindən  Ermənistandan, Azərbaycandan və Dağlıq Qarabağdan  sülh çağırışı etməliyik.  Biz  nifrətə və  hərbi ritorikasına qarşı mübarizə aparmalıyıq.  Anna Hakobyan  azərbaycanlı qadınları Qarabağ münaqişəsinin dinc və qeyri-şiddətlə həll edilməsi naminə ayağa qaldırmağa çağırıb.

Mən  Azərbaycanın cavabının necə olduğunu təqdim etmək istəyirəm.  Təəsüf ki, Azərbaycan  Prezidentinin  həyat yoldaşı və Azərbaycanın vitse-prezidenti   Mehriban Əliyeva bəyan etdi ki, “Azərbaycan  bayrağı Dağlıq Qarabağın  hər bir kəndində dalğalanmalıdır”.  Mən gerçəkdən təəsüf edirəm ki,  müharibə  ritorikası həm də Azərbaycanın qadın nümayəndəsindən səsləndirilib.  Düşünürəm ki,  qadın siyasətçi və lider olaraq, xüsusən münaqişə kontekstində biz  sülh naminə  və şiddətə və nifrətə qarşı dayanmalıyıq.