192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
ER baş naziri AŞPA sədri Lilian Mori-Paskie ilə görüşüb
2019-04-11 13:55:58

Ermənistan Respublikasının  baş naziri Nikol Paşinyan Strasburqda  Avropa Şurasının  Parlament  Assambleyasının sədri Lilian  Mori-Paskie ilə görüşüb.

ER baş nazirinin administrasiyasından bildirildiyinə əsasən,  AŞPA sədri  qeyd edib ki, ER baş nazirinin  səfərinin  iddialı gündəm Ermənistan-Avropa İttifaqı əməkdaşlığının effektiv prosesi və iki tərəfdən onu dərinləşdirməyə hazır olduğunu göstərir. AŞPA sədrinin sözlərincə,  demokratik institutların gücləndirilməsi, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi istiqamətində Ermənistanla əməkdaşlığı mühüm sayır.

ER Baş naziri vurğulayıb ki, Ermənistan  AŞ və AŞPA-nın tam üzvüdür  və  Avropa Şurasıyla əməkdaşlığın  prosesindən məmnunluğunu bildirib.

Həmsöhbətçilər  Ermənistan və Avropa Şurası arasında əməkdaşlığın prespektivlərini müzakirə edib.  Tərəflər  Ermənistan-AŞ  tərəfdaşlığının  2019-2022-ci illərdə fəaliyyətin  proqramı çərçivəsində  həyata keçirilmiş  addımlara toxunub və  bunun çərçivəsində  qarşılıqlı əldə edilmiş  öhdəliklərin tam həyata keçirilməsini  mühüm sayıb. Nikol Paşinyan deyib ki, Ermənistan hökumətinin islahatların böyük gündəmi var  və bu işdə AŞ dəstəyi vacibdir. AŞPA sədri  ölkəmizdə  demokratik  deyişikliklərin keçirilməsini  alqışlayıb və  insan hüquqlarının müdafiəsi, demokrtayanın  inkişafı və qanunun  aliliyinin  gücləndirilməsi istiqamətində Ermənistanı dəstəkləməyə hazır olduğunu yenidən təsdiq edib.

Dağlıq Qarabağ  münaqişəsinin  nizamlanma danışıqlar prosesinə də toxunulub.