192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Bayram Məmmədova görə aksiyada saxlananlar var
2019-04-11 17:13:00

Bu gün, aprelin 11-də bir qrup fəal Bakıda «siyasi məhbuslara azadlıq», «işgəncələrə son» tələbi ilə etiraz aksiyası keçiriblər. Əllərində müxtəlif şüarlar yazılan plakatlar və gənc fəal Bayram Məmmədovun şəkilini tutan aksiya iştirakçıları metronun «Qara Qarayev» stansiyasının yaxınlığında bir neçə dəqiqə irəliləyiblər. Amma daha sonra mülkigeyimli şəxslər və polis əməkdaşları onların qarşısını kəsib. Aksiya iştirakçılarının əllərindəki plakatlar alınaraq, əzilib yerə atılıb.

İctimai fəal Fatimə Mövlamlı və daha bir neçə şəxs saxlanaraq polis maşınına mindiriliblər. F.Mövlamlı polis maşınına aparılarkən şüarlar səsləndirməyə davam edib. Bir mülki şəxs əlləri ilə onun ağzını qapadıb. Hadisə yerində olan jurnalistlər polisdən saxlananların hara aparıldığını soruşublar. Onlar isə saxlananların Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə aparılacaqlarını bildiriblər. 

Polis, bir qayda olaraq, bildirir ki, şəhər icra hakimiyyəti ilə razılaşdırılmayan aksiyalara icazə vermirlər. Hakimiyyət rəsmiləri habelə, ölkədə siyasi məhbusların olması fikrini də qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər. Üstəlik, hüquq-mühafizə orqanları polis və cəzaçəkmə müəssisələrində işgəncələrin olması ilə bağlı deyilənləri əsasən gerçək saymırlar.