192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Abel Məhərrəmovun səfir oğlu geri çağırılacaq?
2018-11-19 13:50:56

"BDU-nun keçmiş rektoru Abel Məhərrəmov vəzifəsini itirəndən sonra oğlunun səfir postunda qalmasına çalışır. Uzun müddətdir adı şərab qalmaqalında hallanan oğlu - Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov son hadisələrdən sonra daha ağır duruma düşüb. Və artıq A.Məhərrəmov gücünü itirib, oğlunu qorumaq iqtidarında olmadığından bu missiyanı üzərinə qudası - baş nazirin müavini Yaqub Eyyubov götürüb”.

Məlumatı Meydan TV-yə Xarici İşlər Nazirliyində adının açıqlanmasını istəməyən mənbə deyib.

Mənbə deyir ki, A.Məhərrəmovun gəlini Y.Eyyubovun qardaşı qızıdır: “Baş nazirin müavini yeznələrini qorumaq üçün hərəkətə başlayıb. Səfiri də əmin edib ki, ona toxunan olmayacaq”.

Anar Məhərrəmovun adı zaman-zaman şərab ticarəti, Bakıda onların ailəsinə məxsus olduğu iddia edilən şadlıq saraylarına Madriddən içkilər göndərməsi, İspaniyada diaspora təşkilatları ilə qalmaqallarıyla gündəmə gəlib.

A.Məhərrəmov noyabrın 15-də prezidentin sərəncamıyla BDU-nun rektoru vəzifəsindən azad edilib. Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsinin icrası müvəqqəti olaraq tədris işləri üzrə prorektor İradə Əliyevaya həvalə edilib.

Musavat.com saytı rektorun işdən çıxarılması ilə bağlı sensasion məlumatlar yayıb. Həmin məlumatlara görə, noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb. Nümayəndə heyətinin tərkibində olan və adının çəkilməsini istəməyən şəxslərdən birinin verdiyi məlumata görə, səfər başlanğıcdan sona qədər “maraqlı macəralar”la zəngin olub.

Uçmağa hazırlaşan nümayəndə heyəti öz yerini tutduqdan sonra təyyarə 2 saata qədər havaya qalxa bilməyib. Buna səbəb isə sərnişinlərdən birinin - nümayəndə heyətinin tərkibində yer alan BDU-nun rektoru, akademik Abel Məhərrəmovun 2 tonluq baqajı olub. Səfər iştirakçıları noyabrın 10-da Madriddən qayıdanda da eyni hadisə ilə üzləşməyə məcbur olublar.

Qeyd olunur ki, şərab dolu çəlləklər kontrabanda yolu ilə Azərbaycandan İspaniyaya aparılır və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılır. Sonra isə ispan şərabı adı ilə A.Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılır.

Yayılan məlumatlara görə, sonradan Madriddə düzənlənən tədbirdə daha bir qalmaqal yaşanıb, spirtli içkinin təsiri altında olan rektor orada aranı qatıb. Saytlardan biri rektora zəng vurub və bu şayiələrə münasibətini soruşub. A.Məhərrəmov bu məlumatları təkzib edib:

"Hazırda işdəyəm, pedaqoji kollektivin iclasını keçirirəm”.