192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
RATİ jurnalistlərə yeni hücumlara son qoymağa çağırır
2019-04-12 12:02:44

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycanın anti-korrupsiya blogeri və RATİ-nin sədri, iki il saxta ittihamla ədalətsiz həbs cəzası çəkdikdən sonra 2019-cu ilin martında azadlığa çıxan Mehman Hüseynova davam edən hücumları pisləyir.

"Azərbaycan hakimiyyətinin xaricdə yüksək səviyyəli beynəlxalq tədbirlərdə iştirakına imkan verməmək üçün Mehman Hüseynovu indi də səfərlərinə qadağa tətbiq edərək, girov olaraq saxlamağa davam etməsi bizi sarsıdıb", deyə bəyanatda bildirilir.

RATİ Hüseynova qarşı təzyiqləri söz azadlığına hücum kimi qiymətləndirir.

RATİ həmçinin bir sıra digər jurnalist, hüquq müdafiəçisi və hətta yazıçıların səfərlərinə qadağadan istifadəni qətiyyətlə pisləyir. Onlar arasında Əsabəli Mustafayev, Ənnağı Hacıbəyli, Əkrəm Əylisli, Aytac Əhmədova, Anar Məmmədov, Aynurə Heydərova, Aytən Ələkbərova, Əziz Orucov, Babək Bəkir, Elnur Muxtar, Emin Aslan, Fatimə Mövlamlı, Xədicə İsmayılova, Rasim Qaraca, Mustafa Hacıbəyli, Tural Əsədov, İntiqam Əliyev, İzolda Ağayeva, Şahvələd Namazov, Natiq Cavadlı və Səlimə Cəlilova, Sevinc Abbasova var.

"Azərbaycanda jurnalistlərin siyasi motivli təqiblərinə dərhal son qoymağı və onların yerdəyişmə azadlığnı təmin etməyi tələb edirik", deyə bəyanatda qeyd edilir.

RATİ Azərbaycanı jurnalistlər Əfqan Muxarlı, Araz Quliyev, Elçin İsmayıllı, Seymur Həzi və Ziya Əsədlini, hər hansı əlavə məhdudiyyət tətbiq etmədən, dərhal və qeyd-şərtsiz azad etməyə çağırır.

RATİ beynəlxalq ictimaiyyəti dərhal bu jurnalistlərin və Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə məşğul olmağa çağırır.