192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
“İlham Əliyev hökuməti öz vətəndaşlarını ancaq Azərbaycanda deyil, onun hüdudlarından kənarda da təqib edir“
2019-04-12 13:47:55

Turan İA yazır ki, ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı aprelin 9-da onun telefon danışıqlarının dinlənilməsi və həmin qeydlərin "Real TV" telekanalının efirində yerləşdirilməsi ilə bağlı videomüraciət yayıb.

S.Osmanqızı audioyazının həqiqi olduğunu təsdiqləyib və qeyd edib ki, onun jurnalist Çingiz Sultansoy ilə söhbəti bir ay öncə olub.

S.Osmanqızı güman edir ki, söhbət qanunsuz olaraq dinlənilib və Azərbaycanın xüsusi xidməti tərəfindən yazılıb.

"Əsas məsələ bu audioyazının necə ələ keçirilməsidir. İlk növbədə bu sual ABŞ və Almaniya mobil operatorlarına aiddir", - S.Osmanqızı deyib.

Onun sözlərinə görə, bu, Azərbaycandan kənarda yaşayan jurnalistlərin təhlükəsizliyini şübhə altına alır.

"Belə məlum olur ki, İlham Əliyev hökuməti öz vətəndaşlarını ancaq Azərbaycanda deyil, onun hüdudlarından kənarda da təqib edir, onları dinləyir, onlara pusqu qurur, özəl həyatlarına müdaxilə edir və onlara qarşı casusluq fəaliyyəti ilə məşğul olur. Burada istifadə olunan texnologiya da çox vacibdir. Bu texnologiyanı İlham Əliyevin hökumətinə kimlər satıb.

Əgər hakimiyyət xaricdə yaşayan jurnalistlərə qarşı belə hərəkətlər edirsə, bunu ölkədə yaşayan azad jurnalistlərə, azad fikir daşıyıcılarına, siyasi fəallara, müxalifətə qarşı da edir.

"Biz bir yerdə İlham Əliyev hökumətindən cavab tələb etməliyik ki, siz hansı məqsədlə, hansı texnologiyadan istifadə edərək mənim telefon danışığımı yaymısınız", - o qeyd edib.

KİV sahəsində ekspert Ələsgər Məmmədli baş verənləri Turan-a şərh edərkən deyib ki, şəxslər arasında telefon danışığının onların icazəsi olmadan yazılması və yayılması Cinayət Məcəlləsinin 155-ci maddəsinə əsasən hüquqi məsuliyyət yaradır.

"Zərərçəkənlər öz vəkilləri vasitəsilə prokurorluğa müraciət edərək cinayət işinin açılmasını tələb edə bilər", - Ə.Məmmədli qeyd edib.

Məsələnin texniki tərəfinə gəlincə, o, söhbətin aparıldğı otaqda dinləmə cihazının olduğunu istisna etməyib.