192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Batumidə bomba haqqında yalan zəngə görə Azərbaycan vətəndaşı həbs edilib
2019-04-12 14:23:35

Patrul polisi Batumidə partlayış təhlükəsi haqqında yalan məlumat ittihamı ilə 28 yaşlı Azərbaycan vətəndaşını saxlayıb. Bu barədə Acar televiziyası yerli polisə istinadla məlumat yayıb.

İstintaqın məlumatına görə, adı açıqlanmayan təqsirləndirilən şəxs martın 31-də "112" xidmətinə zəng edib və bildirib ki, Batumidə "Şeraton" mehmanxanasında kazinoda partlayıcı qurğu quraşdırılıb. Zəng edərkən onun özünün kazinoda olduğu müəyyən edilib.

Anonim zənglə əlaqədar polis təxliyyə həyata keçirməli olub. Bir neçə saat ərzində mehmanxana və kazino bağlı olub, amma istehkamçılar və kinoloqlar bomba aşkar etməyib. Mehmanxana yoxlamadan sonra adi rejimdə işini bərpa edib.

Saxlanılan Azərbaycan vətəndaşının təqsiri sübuta yetirilərsə onu 7 ilədək həbs cəzası gözləyir.