192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
DGK: “Armenia” adı ilə gətirilən papaqlar və içkilər saxlanılıb
2018-11-19 14:41:57

Qərb Ərazi Baş Gömrük İdarəsinin Mazımçay Gömrük postunun müvəqqəti saxlanc anbarında saxlanılan məhsulların içərisində ən çox spirtli içkilər üstünlük təşkil edir.

Oxu.Az xəbər verir ki, bu sözləri DGK-nın Texnoloji innovasiyalar və statistika baş idarəsi rəisinin müavini Azər Abbasov deyib.

Onun sözlərinə görə, anbarda vətəndaşların Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən ay ərzində 30 kq-dan artıq gətirdiyi məhsullar saxlanılıb:

“Bu məhsulların içərisində müxtəlif növ spirtli içkilər, yağlar, enerji içkiləri, maşın yağı, salfetlər və sairə məhsullar üstünlük təşkil edir. Maraqlı məqamlardan biri də odur ki, anbarda həmçinin Ermənistandan gələn turistlərin “Armenia” adı ilə gətirdiyi müxtəlif suvenirlər, papaqlar, içkilər və Ermənistana aid xəritələr saxlanılıb. Ümumilikdə, bu adla saxlanılan əşyaların sayı 100-ə yaxındır”