192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Ali Məhkəmənin sədri Azərbaycanda məhkəmə sahəsinin problemli tərəflərinə toxunub
2018-11-19 17:57:35

Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanda məhkəmə sahəsində görülmüş işlər barədə geniş mlumat verib. O, məhkəmə orqanlarının KİV-lərlə qarşılıqlı əməkdaşlığının Azərbaycandakı və beynəlxalq təcrübədəki müxtəlif məqamlarından söz açıb, problemli tərəflərə toxunub.

Ramiz Rzayev: "Azərbaycanda 540-550 məhkəmə hakimi var və ölkənin əhalisi isə 10 milyon nəfərə yaxındır. Avropa standartları ilə götürsək Azərbaycanda hər 100 min nəfərə 6 hakim düşür". O bildirib ki, Avropa standartlarına görə isə əhalinin hər 100 min nəfərinə 20 hakim düşməlidir.

R.Rzayev qeyd edib ki, 2017-ci ildə Azərbaycanın birinci instansiya məhkəmələrində 15 min 919 işə baxılıb: "Bunlardan 357 mini mülki, 5 mini iqtisadi, 27 mini isə inzibati işlərdir. Ümumilikdə isə Azərbaycan məhkəmələrində 2017-ci ildə 389 min 580 işə baxılıb. Bu qədər işə 500 hakimin baxması isə çətindir".