192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
AXCP fəalının saxlandığı deyilir
2019-04-12 17:58:00

«Partiyanın fəallarından Tofiq Məmmədov aprelin 12-də saxlanıb və Yasamal Rayon Polis İdarəsinin 29 saylı Polis Bölməsinə aparılıb».

Bunu AzadlıqRadiosuna Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) bildiriblər.

Partiyadan verilən məlumata görə T.Məmmədovun polisə aparılmasının səbəbini öyrənə bilməyiblər. «Hökumət rəsmiləri, hüquq-mühafizə orqanları etiraf etməsə də, mitinqlər öncəsi belə saxlananlar olur. Aprelin 20-nə Milli Şuranın mitinq təyin etməsi artıq heç kəsə sirr deyil», - partiyadan bildiriblər.

AXCP-dən onu da deyiblər ki, T.Məmmədov bundan öncə də bir neçə dəfə saxlanıb, inzibati cəzalara layiq görülüb.

Amma bu deyilənlərə, hələlik, Yasamal Rayon Polis İdarəsinin 29 saylı Polis Bölməsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

AXCP-nin daxil olduğu Milli Şura aprelin 20-nə mitinq təyin edib. Hələlik, Bakı Şəhər İcra Hakimiyyəti mitinq müraciətinə cavab verməyib. Amma Milli Şuranın bundan öncə bir neçə aksiyasına «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanunun tələblərinin pozulması və sakinlərin narazılığı səbəb göstərilərək, razılıq verilməyib. Milli Şura cavabı əsassız sayıb.