192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Həbsdə olan jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Gürcüstanın baş nazirini qeyri-səmimilikdə ittiham edir
2019-04-13 11:48:48

Həbsdə olan jurnalist Əfqan Muxtarlının xanımı Leyla Mustafayeva cümə günü Vyanada "Jurnalistlərə hücum: KİV azadlığına təhlükə" konfransında təəssüflə bildirib ki, 2017-ci ilin mayında Tbilisidə həyat yoldaşının oğurlanmasının araşdırılması ilə bağlı irəliləyiş yoxdur. BU barədə Turan agentliyi məlumat yayıb.

O, hökumətin münasibət bildirmək üçün təhqiqatın başa çatmasını gözləməsi barədə Gürcüstanın baş nazirinin sözlərini səmimi saymayıb. L.Mustafayeva deyib ki bu yaxınlarda siyasi məhbuslar əfv edilib, ancaq Əfqanı buraxmayblar. Bu, o deməkdir ki, hakimiyyət Azərbaycanda korrupsiyanın ifşa edilməsini ona bağışlaya bilmir.

"Bizə həmişə hədə-qorxu gəliblər. Hələ 2011-ci ildə məni Bakıda polis məntəqəsinə apardılar və polisin narkodilerlərin fəaliyyətini araşdırmasına mane olmaqda ittiham etdilər. O vaxt Əfqan orduda korrupsiyanın araşdırılması ilə məşğul idi. Ona rüşvət təklif etdilər ki, bunu dayandırsın. O imtina etdikdə qohumlarına təzyiqlər başladı. Onun atası infarktdan öldü", - o deyib.

Sonra Leyla bildirib ki, Azərbaycanda həbslər başlayanda ailə Gürcüstana köçməyə məcbul olub. Əfqan orada da Azərbaycandakı korrupsiya araşdırmalarını davam etdirib. Məhz həmin yazılardan sonra Əfqan oğurlanaraq Azərbaycana aparılıb və orada həbs edilib.

Azərbaycanda tənqidçi mətbuat qalmayıb. Azərbaycanın müxalifətyönlü KİV-i hazırda xaricdən fəaliyyət göstərir, ancaq onlar ölkə daxilində hakimiyyət tərəfindən bloklanır.

L.Mustafayeva təəssüflə qeyd edib ki, Bakıdakı Qərb diplomatları belə siyasətə görə hakimiyyəti tənqid etmirlər.

Keçmiş prezidentin abidəsinin üzərini yazanlardan birini bu yaxınlarda azadlığa buraxıblar, ancaq bir müsahibədə baş verənlərə görə peşman olmadığını bildirəndən sonra yenidən həbs ediblər.

Azərbaycan hakimiyyətinin söz azadlığına əsl münasibəti, bax belədir", - L.Mustafayeva vurğulayıb.