192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
AŞPA deputatları Azərbaycandakı LGBT nümayəndələrini dəstəkləyiblər
2019-04-13 12:29:49

Avropa Şurasının 6 partiyasını təmsil edən 41 deputat AŞPA -nın yaz sessiyası çərçivəsində Azərbaycanda LGBT birliyinə qarşı təzyiqlər barədə narahatlığı ifadə edən bəyanatla çıxış edib.

"Turan.az" agentliyinə əsasən, onlar aprelin 1-də Bakıda trans və ya gay seks işçiləri kimi qəbul edilən ən az 14 adamın polis tərəfindən həbs olunduğunu, saxlanılan şəxslərin tibbi müayinədən keçməyə məcbur edildiyini bildiriblər.

Bəyanat müəllifləri qeyd edirlər ki, bu, Azərbaycanda LGBT nümayəndələrinə təzyiqlə bağlı ilk hal deyil.

AŞPA-nın 2017-ci il hesabatında göstərilib ki, sentyabrda Bakıda LGBT-nin 80 üzvü polisdə pis rəftara məruz qalıb. Ancaq buna görə heç kim cəzalandırılmayıb.

Sənəd müəllifləri Azərbaycan hakimiyyətini həbsləri dərhal dayandırmağa, polisin hərəkətlərini araşdırmağa və belə halların təkrarlanmaması üçün tədbirlər görməyə çağırıblar.

Onlar həmçinin cinsi oriyentasiya əsasında ayrı-seçkiliklə mübarizə üzrə tövsiyəyə əməl etməyə çağırıblar.