192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda hər il 450-500-ə yaxın intihar baş verir.
2019-04-15 13:19:26

Elinanın ölümündən sonra Ağdaş rayonunda hamilə qadın özünü çaya atıb

Hər il Yer kürəsində 1 milyon adam intihar edir, Ümumdünya Səhiyyə Təşkilatı məlumat verir. Azərbaycanda intiharların rəsmi statistikası yoxdur, ancaq DİN-in bəyanatlarına görə, Azərbaycanda hər il 450-500-ə yaxın intihar baş verir.

Bakılı məktəbli Elina Hacıyevanın ölümündən sonra intihar mövzusu Azərbaycan cəmiyyətində fəal müzakirə olunur. Azərbaycanda intiharların qarşısının alınması üçün hansı işlər görülür?

Öncə dünya praktikası barədə. Dünyada ən inkişaf etmiş ölkələr kimi tanınan Böyük Yeddilik ölkələrindən ən pis vəziyyət Yaponiyadadır. Yerli mədəniyyətdə intihar uzun müddət rüsvayçılıqdan qaçmaq üçün layiqli yol hesab edilib. Ən çox intihar halları ölkənin ayrı-ayrı rayonlarında qeydə alınır. Ekspertlər bunun əsas səbəbini daldalıq yerin olması, işin olmaması, borclar, qışın uzun sürməsi, oralarda ən çox yaşlı adamların cəmləşməsi ilə izah edirlər.

Tokioda etimad xidmətində telefon demək olar ki, susmur. Hər 4 saatdan bir üç növbədə 40 könüllü çalışır. Onlar həyatdan getmək istəyən insanlarla ünsiyyət qururlar. Onlarla çox ehtiyatla və nəzakətlə danışırlar. Telefon-etimad xidmətindən başqa təlim keçmiş dinləyicilər qrupu da fəaliyyət göstərir. Onlar potensial intiharçıları ayırd edə bilir və bədbəxtlik üz vermədən öncə onlara yardıma gedirlər. Onlar sağalmaz xəstələrin olduğu hospitalları yoxlayırlar.

2017-ci ildə prezident Putin intihar həddinə çatdırma, meylləndirmə və ya yardıma görə məsuliyyəti artıran qanun imzalayıb. "Federal qanun intihar həddinə çatdırma, intihar törətməyə meylləndirmə və ya intiharın törədilməsinə yardım etmə, intihara təkan verilməsinə yönələn fəaliyyətin təşkili kimi əməllərə görə cinayət məsuliyyətinin artırılmasına yönəlib", - Kremldən daxil olan məlumatda deyilir.

Rusiyada "Roskomnadzor"un baş vermiş intiharın forması haqda məlumat yaymağı KİV-ə qadağan edən fərmanı var. "Rospotrebnadzor" mətbuat katibi, rəhbər köməkçisi Anna Sergeyeva Lenta.ru-ya deyib: "Biz məxsusi olaraq saytlarda qadağan olunmuş informasiyanı axtarmırıq. 2012-ci ildə "Roskomnadzor"un bazasında domen adlarının vahid reyestri yaradılıb. İstənilən şəxs bu və ya digər səhifədə qadağan edilmiş informasiyanın olması barədə ora müraciət edə bilər. Odur ki, qadağan olunmuş informasiyaların heç də hamısı nəzarət edən orqanların diqqət mərkəzinə düşmür. Biz ancaq reyestrə verilən ərizələri yoxlayırıq. Suisidlərə çağırışların olmasına, onların baş verməsi yollarına, intiharın çətin vəziyyətdən çıxış yolu kimi təqdim edilməsi hallarını nəzərdən keçiririk. Əgər istifadəçilərin şübhələri təsdiqlənərsə, ekspertləri işə cəlb edirik və onlar bu informasiyanı daha ətraflı təhlil edirlər.

Azərbaycanda belə sistem yoxdur. Bakıdakı 162 saylı məktəbdə baş vermiş faciədən sonra qızın intiharına dair videoyazı jurnalistlərin əlinə düşüb və KİV-də, sosial şəbəkələrdə yayılıb. Qızın əl atdığı intihar üsulunu bütün ölkə əhalisi, hətta uşaqlar - intihara daha çox meylli olan risk qrupu izləyib. 162 saylı məktəbdə baş vermiş faciə ilə bağlı dövlət orqanlarının bəyanatlarında həmin videoçarxın yayılması və ona kütləvi baxılması haqda bir kəlmə də yoxdur. Qadin, Ailə və Uşaq Məsələləri üzrə Dövlət Komitəsindən Turan agentliyinin sualına cavab olaraq rəsmi bəyanatı gözləməyi təklif ediblər. Dövlət Komitəsinin sədri isə ictimaiyyətə və KİV-ə "baş verənləri siyasiləşdirməməyi" təklif edib.

Azərbaycanın Cinayət Məcəlləsində (2007-ci il redaksiyası) 125-ci maddə var: "Özünü öldürmə həddinə çatdırma". Təqsirkardan maddi, xidməti və ya s. cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

"Azərbaycanda intiharların qarşısının alınması üçün vahid dövlət sistemi yoxdur. Bu sahədə müxtəlif qurumlar razılaşdırmadan, hər qurumun özündə işlənib hazırlanmış metodiki göstərişlərə əsasən fəaliyyət göstərirlər", - psixoloq Azad İsazadə Turan-a bildirib.

FHN-də xilasedicilərə intihar etmək niyyətində olanlar ilə söhbət etməyi öyrədirlər. DİN-də "qaynar xətt" fəaliyyət göstərir və orada zabit rütbəsi alan psixoloqlar çalışırlar. Lakin bu bəlaya qarşı mübarizə üzrə vahid dövlət konsepsiyası yoxdur. Hər bir qurum - Təhsil, Müdafiə, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman nazirlikləri öz mütəxəssislərinin onlara söylədiyi kimi hərəkət edirlər.

SSRİ dönəmində isə Ümumittifaq Suisidoloqlar Mərkəzi vardı və orada müxtəlif sahələr üzrə qərarlar və tövsiyələr qəbul olunurdu. Əsasən bu Mərkəzin qərarı ilə intihar üçün istifadə olunan sirkə essensiyası satışdan çıxarılmışdı.

Azərbaycana suisidlərin statistikası ilə bağlı açıq və vahid məlumat bazası lazımdır. Biz bu sahədə hansı tendensiyanın olduğunu bilmirik, ona görə də buna dövlət daha çox diqqət yetirməlidir. Bir vaxtlar Azərbaycanda intihar edənlər özlərini yandırırdılar, sonra özlərini asmağa başladılar, bir müddət isə körpüdən atılmaların sayı artdı. Əgər belə araşdırmalar olmasa, intihara qarşı mübarizə aparmaq çətin olar, - A.İsazadə bildirib.

A.İsazadənin söylədiklərinə onu da əlavə edək ki, yaxın keçmişdə məktəblilər sosial şəbəkələrdə ("mavi balina oyunu" və s.) cinayətkarların psixoloji təzyiqlərinə məruz qalaraq könüllü həyatdan gedirdilər. Bu bəla Rusiyadakı sosial şəbəkələrdən gəlirdi, oradakı bədxahları zərərsizləşdirəndən sonra Azərbaycan gəncləri arasında yayılmış bu təhlükəli hal yox oldu.

Məktəbli Elina Hacıyevanın faciəli ölümündən sonra aprelin 11-də Ağdaş rayonunda 24 yaşlı hamilə qadın özünü Turyançaya atıb