192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Hətta ümidverici əlamətlər  yoxdur ki, Azərbaycan  müharibə şüarından imtina edəcək: Artsax İHM
2019-04-15 15:10:56

“Yalnız  Artsax Respublikasının danışıqlarda iştirak etməməsi artıq göstərir ki,  onlarda bütün tərəflər iştirak etmir.  Artsax sakinlərinin səsi danışıqlarda təqdim edilmir”- deyə "Hay Dzayn"-a müsahibədə  Artsaxın  İnsan  hüquqlarının  müadfiəçisi Artak Beglaryan  deyib, əlavə edərək: “Təbii ki, burada  pozuntular var.  Bu olduqca siyasətləşdirilmiş məsələdir, amma  münaqişəylə  şərtləndirilmiş  müxtəlif digər pozuntular da  var.  Azərbaycanda mövcud bütün ermənilərə hədəfləyən anti-erməni siyasətin olması, xüsusilə  Artsaxın sakinlərinin həyatı, təhlükəsizliyi və bir sıra digər hüquqları üçün ciddi təhdidlər yaradır, onları isə 2016-cı ilin aprel müharibəsi dövründə şahid olduq”.

Onun sözlərinə görə, qeyd olunanlar yalnız Azərbaycan tərəfinin pozuntularını məhdudlaşdırmır.

“Azərbaycan davranışı ilə şərtlənən digər pozuntular var. Məsələn, sosial-iqtisadi hüquqları. Minlərlə hektar torpağ Azərbaycan səbəbindən düzgün şəkildə bəcərilmir. Bu konketstində Sərsəng su anbarının məsələsi var. Digər məslələr də var. Xatırlatmaq lazımdır ki, hərkət azadlığı  haqqında məşhur “qara siyahı” var. Demək olar ki, xarici ölkələrin vətəndaşlarının hüquqları da pozulur. Hava limanının məsələsi də var. Biz hava limanından istifadə olmalıyıq. Bu birbaşa hüquqlarımızı pozur və məhdudlaşdırır.

Artsax Respublikasının Ombudsmanı erməni və azərbaycanlıların indi sülhə hazır olub-olmadığına dair sualın cavabında qeyd etdi:

"Biz sülhə Azərbaycan cəmiyyətindən daha çox hazırıq. Bu mütləq belədir. Münaqişənin ən azı iki tərəfi olduğuna görə, sülhə həmişə bütün tərəflər hazır olmalıdır. Bir tərəfi sülhə deyil, müharibəyə hazırlaşırsa, digər tərəf sülhə hazırlana bilməz".

Artakl Beglaryan, xüsusilə Azərbaycan siyasətinə görə, münaqişənin nizamlanma məsələsində optimist deyildir.

Azərbaycanın müharibə və ermənifobiya təbliğatından imdtina edəndə, münaqişənin nizamlanması perspektivləri görünə bilərdi. Lakin ümidverici əlamətlər yoxdur. Azərbaycan ermənifobiya siyasətini davam etdirir, buna görə də yaxın gələcəkdə münaqişə həll oluna bilməz"ç- deyə Arstax Ombudsmanı qeyd etdi.