192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
''Həbsim qanunsuzdur''
2019-04-15 17:55:00

Rüzgar” ləqəbli reper Aydın Hüseynov həbs olunub. O, narkotikdən istifadənin təbliğində ittiham edilir.

Daxili İşlər Nazirliyi (DİN) reperin həbsi ilə bağlı yaydığı məlumatda deyilir ki, Aydın Hüseynov Sumqayıt polisi tərəfindən saxlanılıb:

“A.Hüseynov üzərində aparılmış şəxsi axtarış zamanı 1,21 qram marixuana aşkar edilib. Özü də etiraf edib ki, narkotik istifadəçisidir”.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib. O, məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə 30 sutka müddətində inzibati qaydada həbs edilib.

“Həbsimə səbəb mənim “Yenə gedirəm mal-mal dalinca” mahnımı göstərirlər. Guya ki, mahnıda narkomaniyanı, narkotiki təbliğ etmişəm. Halbuki, mahnı sevgiyə aiddir. Təbii ki, mahnıda asılılığı olan bir obraz canlandırılıb. Təəssüf ki, ölkəmizdə abstakt yazı tərzini bu cür absurd bir yanaşma ilə ittiham edirlər".

Müraciətində Aydın Hüseynov yazıb ki, o, Azərbaycan musiqisinə yeni nəfəs gətirən həmin Rüzgardır və hazırda həbsdədir.