192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Birgə bəyanat: “Ermənistan və Azərbaycan Xİ nazirləri DQ-da sülhün gələcək qəyumlaşmasında maraqlıdırlar”
2019-04-15 17:44:27

Aprelin 15-də Moskvada Ermənistan, Azərbaycan və Rusiyanın Xarici işlər nazirləri ZOhrab Mnatsakanyan, Elmar Məmmədyarov və Sergey Lavrovun işgüzar görüşü keçirilib. Ona ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ştefan Viskonti (Fransa), Rvdryu Şofer (ABŞ) eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin görüşü ardıcıllıq edib.Görüşdə Qarabağ əsas məsələsinin sülhlə nizamlanması prosessinin irəliləyişi perspektivlərinə dair məsələlərin müzakirəsi davam olunub. Münaqişə zonasında gərginliyin azaldılması, habelə humanitar sahədə mümkün əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı. Görüşün nəticələriylə birgə bəyanat qəbul edildi. Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, bəyanatda deyilir: "29 martda Vyanada Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşündə əldə olunmuş razılaşmaların inkişafı sayyəsində , görüş iştirakçıları sərhəddəki vəziyyəti və təmas xəttini, habelə humanitar sahədə əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Əsas məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.Ermənistan və Azərbaycanın Xarici işlər nazirləri tərəflərin Dağlıq Qarabağ münaqişəsini siyasi və diplomatik yollarla həll etmək üçün səylərini davam etdirmək niyyətlərini təsdiqləyiblər. Əsas diqqət xüsusilə münaqişə zonasında vəziyyətin daha da sabitləşməsinə, xüsusilə kənd təsərrüfatı işi üzətrində cəmləşdirilib. Həmçinin, həbs olunanların yaxınlarının tərəflərin ərazisinə ziyarət etməsinə imkan yaratmaq üçün qarşılıqlı əsasda tədbirlər görmək barədə razılığa gəlinib. Nazirlər, mətbuat nümayəndələri tərəfindən qarşılıqlı səfərlər də daxil olmaqla, insanlar arasında əlaqələrin qurulması üçün praktik tədbirlər görməyə hazır olduqlarını bildiriblər.Rusiya xarici işlər naziri və ATƏT-in Minsk Qrupu həmsədrləri regionda sülh və sabitliyin yaradılmasına yönəldilmiş vasitəçilik missiyasına sadiq qaldıqlarını bir daha təstiq etdilər. Görüş iştirakçıları yaxın gələcəkdə təmaslarını davam etdirməyə razılıq verdilər.